Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xəyanətdə Nazirin Həyat Yoldaşı

Xəyanət

Elxan Elatlı

Xəyanət Gönderileri

Xəyanət kitaplarını, Xəyanət sözleri ve alıntılarını, Xəyanət yazarlarını, Xəyanət yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
336 syf.
·
Puan vermedi
Əvvəlcə qeyd edim ki, bu kitaba başladım və oxuduğum müddətdə bir gözəl xanımın mesajına cavab verə bilmədim bir müddət (sona yaxın) Oxumağa başladım və ilk hissələrdə artıq kitabda kişi-qadın əlaqələri çox oldu və düşündüm ki, bu nədir dərhal cinsi mövzular başladı. Davam etdikcə yazar başqa mövzuları xəfiyyəlik bacarıqları, əsl dostluq sevgi mövzularına da çox gözəl toxunuşu kitaba marağımı artırdı. Əsəri oxuduqca əsl xəyanətin dostluq və sevgi üzərindən qurulduğunu və insanları necə parçaladığını göstərərək Xəyanət sözünün haqqını verdi. Son olaraq Qanbay Qasımlının yaratdığı mərdlik və insanlara verdiyi güvən duyğusu isə əla idi. Təşəkkürlər
Xəyanət
XəyanətElxan Elatlı · <<Zərdabi LTD>> MMC · 20081,386 okunma
Bu dünyada məhəbbətsiz insan kimi yaşamaq və mübarizə aparmaq mümkün deyil...
Reklam
Musiqidən başqa təmiz bir şey qalmayıb bu həyatda...
Musiqidən başqa təmiz bir şey qalmayıb bu dünyada
Sayfa 390Kitabı okudu
·
Puan vermedi
Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır.. Doktor Əlisəttar Muradzadə xəstəni yola salıb saatına baxdı. Altıya 10 dəqiqə işləyirdi. -Gözləyən çoxdur? - deyə tibb bacısından soruşdu. -Xeyr, iki nəfər qalıb, - arıq, qarayanız qız cavab verdi. -Buraxın gəlsinlər, vaxtım azdır. Saat yeddidə Dram Teatrında Hüseyn Cavidin “İblis” tamaşası oynanılacaqdı. Doktor qərara gəlmişdi ki, bu gün arvadı ilə qızını özü ilə götürüb teatra getsin. Muradzadənin iki övladı var idi. Oğlu Arif Rusiyada həkimlik oxuyurdu. Dördüncü kursda. Qızı Venera isə Bakıda, universitetlərin birində ikinci kursu bitirirdi. Doktor səhərdən axşama kimi xəstəxanada olurdu. Onu bəzən başqa tibb müəssisələrinə də xəstələrə baxmağa dəvət edirdilər. Günün necə başlayıb, necə qurtardığından xəbəri olmurdu. Həyat yoldaşı Nelya xanım da tanınmış həkim idi. Ancaq o, poliklinikada göz həkimi işləyirdi. O da əri kimi öz işinin vurğunu idi və bütün həyatını bu peşəyə sərf etmişdi.
Xəyanət
XəyanətElxan Elatlı · <<MBM>> MMC · 20061,386 okunma
Yaxşı bir musiqi qoy! - dedi,- Musiqidən başqa təmiz bir şey qalmayıb bu dünyada
Reklam
Musiqidən başqa təmiz bir şey qalmayıb bu dünyada.
Bu işdə təkcə Ruslan deyil xəyanətkar. Elə Məlikxanlının özünü götürək. Ona o boyda iş tapşırmışdılar. İmkan yaratmışdılar ki, xalqına, dövlətinə xeyir ver- sin. Ancaq o, iş görmək əvəzinə görün nə qədər obyektlər açdırıb özü üçün. Bu, dövlətə, xalqa xəyanət deyilmi? Arvadı və oğlu da ona xəyanət etdilər. Elnur həm arvadına, həm Veneraya, Əlikram arvadına, uşaqlarına, Əlibəyli, Binyǝtov yenə də dövlətə, xalqa, Atayev həkimlik adına xəyanət ediblər. Bu işə başlayandan xəyanətlər içində qalmışam mən!
–Musiqidən başqa təmiz bir şey qalmayıb bu dünyada.
Sayfa 323 - Qanbay QasımlıKitabı okudu
-Yoxsa,sən də qorxursan? -Yoox... -Qorxub eləmə! Sən ilişməzsən. Bir də ki, lap ilişsən, bilirsən də, bir sadiq adamlar sirr saxlıyırlar, bir də ölülər...
Sayfa 282Kitabı okudu
295 öğeden 181 ile 190 arasındakiler gösteriliyor.