Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xəz Paltolu Madonna

Sabahattin Ali

En Yeni Xəz Paltolu Madonna Yorumları ve İncelemeleri

En Yeni Xəz Paltolu Madonna sözleri ve alıntılarını, en yeni Xəz Paltolu Madonna kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Bu kitabı yalnız gecələr oxuyaraq bitirdim. Və, doğrudan da, gecəyə yaraşan bir əsər idi. Kitab hələ ilk cümlələrindən məni özünə cəlb etmiş, irəlilədikcə isə aşiq etmişdi. Dünən gecə kitabı bitirdikdən sonra kitab haqqında fikirlərimi yazmağı planlaşdırırdım. Bitirdim, amma heç nə yazacaq halda olmadığımı gördüm. Son səhifələri gözübulanıq şəkildə oxuduğumu, bitirdikdən sonra isə ağladığımı danmayacağam. Kövrək olmasam da, bu kitab mənə çox təsir etdi. Bəlkə də, oxuduğum bəzi cümlələrin mənə dəhşətli və bir daha xatırlamaq istəməyəcəyim xatirələrimi xatırlatması idi. Bir cümlə oxumuşdum hardasa,"Birisinə gecikərsən və bir daha heç kimə tələsməzsən" tam da bu cümlənin ağırılığı var kitabda. Və o ağırlığın altında əzilən "Raiflər"...(bir az da mən) Kitabı çox sevdim, amma bir daha oxumayacağam..
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,4bin okunma
240 syf.
9/10 puan verdi
Romanın baş qəhrəmanı Mariya Puder və Raif bəydir. Həyatı boyunca çətinliklərə boyun əymiş, haqsızlıqlara məruz qaldıqda isə buna qarşı çıxmayan, səssiz və xarici dünyaya uyğunlaşa bilməyən Raif bəy, sevmədiyi bir qadınla ailə həyatı qurmuş, bir ailəyə sahiblənmişdir. İnsanlar Raif əfəndinin sakitliyini anlamır və onu mühakimə edirlər. Raif Əfəndi isə insanlara demədiklərinin hər birini günlüyə qeyd edir. İncəsənətə olan marağı onu rəsm qaleriyasına getməyə həvəsləndirir. Qaleriyadakı tablolardan birinə heyranlıqla tamaşa edən Raif, tez-tez gəlib "Xəz paltolu qadın"ın portresi qarşısında seyrə dalır. Rəsmin müəllimlifi Mariya Puder, bir gün bu gənci kənardan izləməyə son qoyub ona yaxınlaşır. Söhbət etdiyi qadının portrenin sahibi olduğunu öyrənəndə isə Raifin həyatı geri dönüşü olmayacaq şəkildə dəyişir.
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,4bin okunma
Reklam
240 syf.
10/10 puan verdi
·
Beğendi
Xəz Paltolu Madonna”, türk ədəbiyyatının ən öndə gedən yazarlarından biri olan Sabahattin Alinin oxucular tərəfindən ən çox bəyənilən əsəridir. Müəllif əsərin baş qəhrəmanı olan Raifin daxili səyahətini eşq ilə bürüyərək oxucuya təqdim etmişdir. Oxunduğu zaman uzun müddətli təsir buraxan əsər olan “Xəz Paltolu Madonna”, eyni zamanda müəllifin
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,4bin okunma
240 syf.
·
Puan vermedi
Mənə elə gəlir ki,mən kitab paylaşmağı onu oxumaq qədər sevmirəm.Paylaşdığım zaman isə mənlə eyni hiss edən yaxud hislərini öyrənmək istədiyim insanları seçirəm.Biraz da bu mövzuda paxıl ola bilərəm.Bunun isə bir çox səbəbi var.İlk olaraq sevdiyim,ruhuma toxunan həmin kitabın mənə aid olmasını,paylaşıldıqca əksildiyin düşünürəm.İkincisi isə o qədər özün kitab oxur kimi göstərən yaxud bunu moda,tərz kimi bilənlər var ki bu bayağı söhbətə özümü müdaxilə etmək istəmirəm:)Mən kitab oxusamda,qeyd etməyi unudan zaman sonra onun mövzusunu tez unuduram(məncə,bu çox insanda var)Uzun sözün qısası bu əsər isə mənim illər öncə oxuduğum,amma təsirini hələ də unutmadığım özəl əsərlərimdəndir.Əsl eşq romanıdır.Sevginin,sevgisizliyin bizi aparacağı yolları,həyatımızda var olan hər şeyin,ruhun təməli məhz sevgidədir. Kitabdan:"İnsanlar bir-birinin sevgisinə və qayğısına möhtacdırlar.Belə olmadıqda ailə sahibi olmağın mənası bir sıra yad adamlar saxlamaq ibarətdir". "Sən mənə dünyada başqa bir həyat mövcud olduğunu,mənim də bir ruhumun var olduğun öyrətdin"
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,4bin okunma
240 syf.
10/10 puan verdi
·
Beğendi
#1
Həyatım boyu istər 100,istərsə daha çox kitab oxuyum mənim üçün yerinin dəyişməyəcəyinə əminəm. Daima sevimli kitabım olaraq qalacaqsan. Hər bir insan bu kitabı oxuyarkən özündən bir parça tapacağını ümid edirəm. 5.01.2023 Bu gün 3-cü dəfə idi ki,bu kitabı oxudum.Bitirərkən eynən ilk dəfə oxuduğum kimi reaksiya verdim. Necə ola bilər ki,bir kitabı 3 dəfə oxuyasan,hər dəfəsində eyni duyğuları,hisləri,təlatümləri yaşasan. Necə ola bilər ki,bir kitabı 3 dəfə oxuyasan, hər dəfəsində obrazlara daha çox bağlanasan. Həyatdan ən çox istədiklərin nədir desələr,ilk sıralarda deyəcəklərimdən biri Raif əfəndi ilə dərdləşmək olardı. Onun heç də lazımsız,dəyərsiz olmadığını demək olardı.Düzdür,qızı üçün nəsə edə bilərdi.Fəqət etmədi. Bəzi insanlar Raif əfəndi kimi daxilində səssizcə yaşayarlar. Siz də elə deyilmisiniz? Daxilinizdə öz-özünüzə qurduğunuz şəhərlər və ölkələr yoxmu? Hər şey daxilinizdə olub bitmirmi? Siz də bəzən duyğularınızı xaricə göstərərkən qınanılacağızdan qorxmurmusunuz? Daxilinizdəki səslərin çöldəki hay-küydən daha çox çıxdığını düşündüyünüz anlar heç olubmu? Cavabınız "hə" isə onda siz də Raif əfəndisiniz...
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,4bin okunma
240 syf.
·
Puan vermedi
Səbahəttin Əlinin oxuduğum ilk əsəri idi. Bəri başdan desək, bizim əsərimiz faciəvi sevgi romanıdır. İnsanların özlərindən kənarlaşdırdığı Raif Əfəndi heç nəyi vecinə almadan öz aləmində həyatına davam edirdi. Çox stresli bir iş dünyası var və qarşılaşdığı kiçik problemlərdə belə birbaşa ona yönəlir, ağır şəkildə onu ittiham edirdilər. Onun
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,4bin okunma
Reklam
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Oxumaq üçün alanda tərəddüt etdiyim, oxuyarkən göz yaşlarımı zorla saxladığım, oxuduqdan sonra isə birdə heçvaxt əvvəlki kimi hiss etməyəcəyim bir kitab. “Hər şeyi, hər şeyi, xüsusilə ruhumu çox xəlvət bir yerdə gizlətməliyəm…”
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,4bin okunma
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.