Hərəm müdafiəçisi Şəhid Həmid Muradi həyat yoldaşının xatirələrində

Yadında Qalsın

Məhəmmədrəsul Mollahüseyni

Comments and Reviews

See All
296 syf.
·
Not rated
·
Read in 12 days
Bismilləhir Rahmənir Rahim ... Heç bilmirəm bu kitab haqqında fikirlərimi necə ifadə edim. Çox möhtəşəm kitab idi. Hər səhifəni oxuduqca özümü kitaba qərq olmuş hiss edirdim. Nə vaxt kitabı açıb oxusam özümü bu dünyadan ayrı hiss edirdim. Sanki başqa aləmə düşürdüm. Şəhid Həmid Muradinin həyatı çox ibrətamizdir və eşqlə doludur. Şəhidin həyatından öyrəniləsi və həyatımıza tətbiq etməli olduğumuz çox məqamlar var. Insan bu kitabı oxuduqca şəhadət eşqi daha da artır. Şəhidin yoldaşı Fərzanə xanım isə qadınlar üçün ayrı bir nümunədir. O yoldaşını öz əlləri ilə şəhadətə, əbədi səadətə yola saldı... Nəfsi ilə mübarizədə qalib gəldi. Allah bizə də bu qalibiyyəti nəsib etsin InşəAllah.
Yadında Qalsın
Yadında QalsınMəhəmmədrəsul Mollahüseyni · «Издательство Полипресс» · 202054 okunma
Reklam
296 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 7 days
Bu qədər yazdıq, Ancaq heç biri sənin gözlərinin nəstəliqi olmadı
° Ömür bir göz qırpımında ötüb keçir, gözəl əməl və xoş xatirələr olmasa necə də ziyan olar. Hədisdə deyildiyi kimi, "fürsətlər bulud kimi ötüb keçər" hər anı qənimət bilməli və çalışmalıyıq, həqiqətən insana yalnız öz zəhməti qalar. Bu kitab xoş xatirələr və acı ayrılıqları yaxşı çatdırır, ömür nə qədər gözəl olsa ölüm də o qədər gözəl olar, Allaha xatir olan hər şey gözəldir... Bəzi insanların həyatı insana gözəl nümunədir ki, necə sığdırmışlar qısa ömürə bu qədər gözəl xatirələri. Çoxumuz ciddi olub zarafat etməməyi böyümüşlük əlaməti olaraq görə bilərik, amma böyüklə-böyük uşaqla-uşaq olmaq, dostlarla deyib-gülmək həyatı şirin yaşamaq, və öhdəliklərimizi bilmək bizi daha mənalı həyat yaşamağa, bəlkə Allah rəhm etsə şəhidliyə gətirib çıxarar. Oxuyucuya bu qədər təsir edən kitab, bunları yaşayana necə də ağır olmuşdur. Şəhidlik ən uca məqamdır ancaq insan geridə buraxdıqlarını görəndə təkrar düşünür, və hərkəs deyə bilməz "ürəyimi titrətdin amma imanımı əsla"...
Yadında Qalsın
Yadında QalsınMəhəmmədrəsul Mollahüseyni · «Издательство Полипресс» · 202054 okunma
·
Not rated
Hərəmin payız şəhidi Kərbəla səfəri: 2010-cu ilin payızı Nişan günü: 2012-ci ilin payızı Toy günü: 2013-cü ilin payızı Şəhadəti: 2015-ci ilin payızı...
Yadında Qalsın
Yadında QalsınMəhəmmədrəsul Mollahüseyni · «Издательство Полипресс» · 202054 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.