Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yeni Çağlar

Ida Jessen

Yeni Çağlar Sözleri ve Alıntıları

Yeni Çağlar sözleri ve alıntılarını, Yeni Çağlar kitap alıntılarını, Yeni Çağlar en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"O zaman mən hələ bilmirdim, eyni əldən gələn zorakılıq və şəfqət, eyni əldən gələn yalnız zorakılıqdan daha çox qorxu yaratmağa qadirdir."
Sayfa 129Kitabı okudu
"Əgər inansanız, bütün dünyanı dəyişə bilərsiniz. Amma səhv etdiyinizi düşünsəniz bu zaman dünya sizi təqib edib sizi dəyişdirəcək."
Sayfa 103Kitabı okudu
Reklam
"Həmişə qaranlıq vaxtı küçədə dayanıb işıqlandırılan pəncərələrə baxmaqdan zövq almışam. Bu mənim üçün o anlama gəlir ki, əgər işıq yanırsa, demək orada istilik var, insan var, adamlar məxsus olduqları yerdədirlər. Bu cəhətlər məni özünə çəkir. Amma bu mənzərənin mənə hər zaman xoş gəldiyini, yaxud hər zaman təsəlli verdiyini də söyləyə bilmərəm. Elə də ola bilir ki, insan işıqlı pəncərəyə baxır və arzulayır ki, həmin evin sahiblərinin malik olduğu istilikdən, evdən, ailədən onda da olsun."
"Tez-tez belə olur ki, insanlar kimisə görməyə, başqaları ilə nəyisə bölüşməyə ciddi bir ehtiyac duyanda özlərini daha da təcrid edirlər, bu ehtiyacı zəiflik kimi qəbul edib bildirmirlər."
Sayfa 173Kitabı okudu
"İnsan yaşlandıqca, sadəlövhlüyü də özü ilə bərabər gətirir. Sanki insan köhnə mənini daha özü ilə daşıya bilmir, insan ona qalib gəlməkdənsə özü onun tərəfdən "unudulur". Bütün həyatın ziddiyyətləri insanın öz gücü daxilində baş verir. Nələrəsə gücümüz çatır, nələrəsə çatmır. Çox yaşlı, dünyagörmüş insanlar çox şeyi birbaşa demirlər, xeyr, ona görə yox ki onlar bunu edə bilmirlər. Sadəcə buna məhəl qoymurlar, veclərinə deyil."
Sayfa 154Kitabı okudu
"O daha burada olmayanda bəs mən nə edəcəm? Kim mənə nəyisə xatırladacaq? Nə düşünəcəm onda? Kim məni ayaq üstə saxlayacaq? Beləliklə, mən ayaq üstündə qalmağın bir yolunu tapmalı idim."
Reklam
"Acı kədərli həyat çox yumşaq bir kresloya bənzəyir, oturduqca batırsan, durmaq istəyəndə isə çətinlik çəkirsən, dura bilmirsən."
Sayfa 126Kitabı okudu
"Söhbət bütün anlaqlı həyatını biri ilə yaşayıb ömrünün bir mərhələsində onu itirməkdən gedir. Belə deyək də "azad olunur" insan. Azadlıq isə hər zaman yaxşı həyat demək deyil. Elə azadlıqlar var ki, onu heç kəs nə istəyir, nə də axtarır, dul qalmaq da belələrindən biridir."
"Hər nə qədər özümə qapansam, donuq vəziyyətdə dayansam da, içimdə haradasa qanın fəvvarə vurduğunu, damarlarımı döyəclədiyini hiss edirəm."