“Dünya əclaf və zalım ola bilərdi, ancaq insanlar da onun kimi olmaq məcburiyyətində deyildilər. Dünyanın pisliyinə və zülmünə qarşı çıxa biləcək qədər cəsarətli olsaydılar, onu dəyişməyi bacarardılar.”- deyirdi dərisinin rənginə görə həyata tünd rənglə baxmağa məcbur olan zənci Kora.
Əslində dünyanın yox, insanların pis olduğunu bilirik (kimə və nəyə görə), ancaq yaxşı insanların da olduğunu görəndə bu pisləri insanlığa aid edəsim gəlmir.
Bəlkə də,ana nəvazişindən məhrum buraxılan bir qul üçün dünyanın günahı ona qucaq açması olmuşdur. Həyata buraxıldığı zaman ilk addımları belə onlar üçün məcbur edilmiş ; yaşamaq- seçim yox, məcburiyyət olmuşdur.
√Narahat olmayın əsərdən spoiler verməyərək, mövzudan lakonik bəhs edəcəm.
Dərisinin rənginə görə "yaşamaq məhdudiyyəti" olan Koranın həyatından və bu həyat yolunda qarşılaşdığı insanların acınacaqlı talelerindən bəhs edən axıcı bir romandır. Müəllifin qeyd etdiyinə görə hadisələr gerçək deyil, ancaq bunu da bilmək lazımdır ki, burda yazılan hadisələrin gerçəyə uyğun olması ehtimalı da çox yüksəkdir, təssüflər olsun ki..
Alıntı ;
“Nəzmlə söylənilən fikirlər Koraya o qədər də dərindən təsir etmirdi. Çünki şeirlər daha çox dualara bənzəyirdi, sanki insanı peşman edəcək ehtirasını və nəfsini daha da alovlandırırdı.
Axı insan özü - özünü xilas edə bildiyi halda, niyə tanrıdan mədəd gözləməli idi ?”