Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yoxsul İnsanlar

Fyodor Dostoyevski

Yoxsul İnsanlar Gönderileri

Yoxsul İnsanlar kitaplarını, Yoxsul İnsanlar sözleri ve alıntılarını, Yoxsul İnsanlar yazarlarını, Yoxsul İnsanlar yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mənim üçün yüz rubldan çox,zati-alilərinin əlimi sıxması qiymətlidir.Təsəvvür edin,zati-alilərinin özü,şəxsən mənim kimi bir əyyaşın,heç nəyə yaramayan bir adamın əlini sıxır! Bu hərəkətlə o məni özümə qaytardı,ruhumu dirçəltdi,həyatıma rəng qatdı; əminəm ki,Tanrı qarşısında nə qədər günahkar olsam da,zati-alilərinin xoşbəxtliyi və sağlamlığı üçün etdiyim duaları eşidəcək!
432 syf.
9/10 puan verdi
·
Beğendi
Dostoyevski bu kitabında o dövrdə rus insanının ictimai vəziyyətini araşdıraraq,həmin kasıb,fağır insanların maddi sıxıntılarla yanaşı,ailə problemlərini,onların ağır mənəvi iztirablarını da qeyd etmişdir. Dostoyevski bu kitabı yazıb qurtarandan sonra onu ilk olaraq yazıçı Qriqoroviçə oxuyur.Qriqoroviç romanı çox bəyənir və onu naşir Nekrasova aparır.Nekrasov əsəri o dövrün məşhur tənqidçisi Belinskiyə təqdim edəndə belə deyir: “Yeni Qoqol peyda olub!”
Yoxsul İnsanlar
Yoxsul İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201961,9bin okunma
Reklam
"Belə baxanda, bilirsinizmi, əzizim, çay içməmək nəsə ayıbdır; buradakı camaatın hamısı varlıdır, ona görə də onlardan ayıbdır. Bax elə çayı da başqalarının xatirinə içirsən, Varenka, görüntü üçün, əda üçün içirsən..."
Bir vaxtlar vardı ki, bizim də baxışlarımız işıqlı idi.
Qanun nəşriyyatı
Qəribədir! Ağlaya bilmirdim; amma ürəyim para-para olurdu.
Reklam
Qəlb~
Bütün bunlar qəlbə ağırlıq gətirir, onları söyləmək isə daha da ağırdır.
Sayfa 59 - V.DKitabı okudu
Üzüntü
Amma ən yaxşı dəqiqələrimdə nədənsə daim qəmli oluram. O ki, qaldı ağlamağıma, bu boş şeydir; heç özüm də bilmirəm niyə ağlayıram. Nəsə özümü üzüntülü və əsəbi hiss edirəm; təəssüratlarım nəsə ağrılı olur. Buludsuz, solğun səma, günəşin qürubu, axşamın sükutu-- bütün bunlar bilmirəm nədəndir-amma dünən bütün bu təəssüratlarım əzablı və ağır idi, ürəyim dolub daşır və qəlbim ağlamaq istəyirdi.
Sayfa 59 - V.DKitabı okudu
Gələcək
Ən ağırı da odur ki, belə bir məchulluq içindəyəm, gələcəyim yoxdur. Heç özüm də bilmirəm başıma nələr gələcək. Keçmişə baxmaq da dəhşətlidir. Orada elə bir dərdim var ki, yadıma düşəndə ürəyim para-para olur. Məni məhv etmiş o bəd insanların əlindən ömrüm ah-vayla keçəcək!
Sayfa 23 - Varvara DobrosyolovaKitabı okudu
Nədən daim belə olur ki,bax yaxşı adam ehtiyac içində yaşayır,bir başqasına isə səadət özü tuş gəlir?
Sayfa 108Kitabı okudu
Reklam
Yoxsul insan əsgi parçasından da betərdir və heç kəsdən heç bir hörmət görmür!
23:26
Ölümün nə gününü ne də saatını bilirsən ,bu insanı çox kədərləndirir.Beləcə məhv olub gedirsən..
19:19
Xatirələr onların şirin ya da acı olmasından asılı olmayaraq həmişə əzabli olur.
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.