Yüce Nur Hz. Muhammed Mustafa (s.a.a.)

Ali Hamaney

Yüce Nur Hz. Muhammed Mustafa (s.a.a.) Gönderileri

Yüce Nur Hz. Muhammed Mustafa (s.a.a.) kitaplarını, Yüce Nur Hz. Muhammed Mustafa (s.a.a.) sözleri ve alıntılarını, Yüce Nur Hz. Muhammed Mustafa (s.a.a.) yazarlarını, Yüce Nur Hz. Muhammed Mustafa (s.a.a.) yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Həzrət Rəsulun (s.ə.s) eşqi
Lakin bütün müsəlmanların düşüncə, etiqad, əsasən də emosiya və hissiyyat baxımından birləşdiyi və anlaşdığı nöqtə sonuncu peyğəmbər və əziz elçi olan həzrət Məhəmməd ibn Abdullahdır (s). Bunu dəyərləndirmək lazımdır. Bu sevgini günbəgün artırmaq, müsəlmanlarda və xalqda o müqəddəs varlığa mənəvi və psixoloji təmayülü gücləndirmək lazımdır.
Sayfa 224Kitabı okudu
Vilayət barədə bəzi hədislər göstərir ki, belə şəxslər bütün ömürlərini ibadətə sərf etsələr, lakin Allah vəlisini tanımasalar, ibadətin onlara xeyri olmaz.
Sayfa 220Kitabı okudu
Reklam
Əvvəla, əsl İslamı açıqlamaq, Quranı düzgün təfsir etmək və İslam etiqadlarına dair aydın təsəvvür yaratmaq, ikincisi, İslam cəmiyyətində imamət və siyasi hakimiyyət məsələsini başa salmaq, üçüncüsü isə uyğun cəmiyyəti qurmaq, böyük İslam peyğəmbərinin və bütün peyğəmbərlərin ədaləti bərqərar etməkdən, Allaha şərik çıxanları hakimiyyətdən uzaqlaşdırmaqdan və cəmiyyəti Allahın xəlifələrinə, saleh bəndələrinə tapşırmaqdan ibarət məqsədini həyata keçirməyə çalışmaqdır.
Sayfa 217Kitabı okudu
O iki vasitə nədir?
İslamın başqa iki vasitəsi var, bunların köməyilə bütün dünya dinlərinə qalib gələ, bütün ürəkləri cəlb və qarşısındakı bütün puç məntiqləri məğlub edə bilər. Biri güclü məntiqdən, möhkəm əsaslandırmadan ibarətdir. İslam buna malikdir. Digəri həqiqi və mütləq ədalətdən ibarətdir. Bu iki vasitə İslamın inkişaf amilləridir.
Sayfa 212Kitabı okudu
Zahidlik,yoxsa tərki dünyalıq?
Əlbəttə, İslamın düşmənləri və yanlış anlayan müsəlmanlar elə bildilər, yaxud göstərdilər ki, İslamda zahidliyə tövsiyə olunmuşdursa, bu, təbiət və məişətlə maraqlanmamaq deməkdir. Halbuki belə deyil. Orada pis, məzəmmət olunmuş dünya, bizim özümüzü və maddi maraqlarımızı hədəf seçməyimiz, onların ardınca getməyimiz nəzərdə tutulmuşdu.
Sayfa 211Kitabı okudu
Dinlər arasında İslam elmə ən çox önəm verən dindir...
Əziz İslam elmə həvəsləndirən ən böyük amildir. Bu gün elmi cihad bizim ən böyük vəzifələrimizdən biridir.
Sayfa 208Kitabı okudu
Reklam
Soruşmaq və düzgün araşdırmaq
Soruşmaq haqqı axtarmağın, tapmağın, hərəkətin və nəhayət, haqqa qovuşmağın müqəddiməsi və açarıdır.
Sayfa 208Kitabı okudu
Biz də elə bilirik ki, renessans dövründə aydınlığa çıxıb dünya
Bu gün avropalılar çox deyirlər ki, Orta əsrlər qaranlıq və zülmət əsrləri olmuşdur. Burada mühüm məqam budur ki, bu qaranlıq və zülmət Avropaya məxsusdur, Orta Şərqə və ozamankı İslam dövlətinə yox.
Təvəkkül və Təvəssül
Allahla mənəvi əlaqəni gücləndirmək, istər elm öyrənməkdən, istər quruculuq yolunda çalışmaqdan ibarət dünya işlərində çalışmaq, siyasi və iqtisadi məsələlərdən xəbərdar olmaq və ilk növbədə ümidi qorumaq inşallah çox da uzaq olmayan gələcəkdə bütün yer üzünü İslam Respublikasının işığı ilə işıqlandıracaq, bəşəriyyəti İslamın faydalarından bəhrələndirəcək və Allah-Taalanın vəd etdiyi kimi, yer üzündə bəşəriyyətin birliyinə səbəb olacaq amil və xüsusiyyətlərdir.
Sayfa 205Kitabı okudu
Bismilləhir Rahmənir Rahim
İmam Hüseynin (ə) hərəkatı belə bir hərəkat idi. Buyurdu ki, yalnız babamın ümmətinin işlərini islah etmək üçün qiyam edirəm. Həmçinin belə buyurdu: “Kim Аllаhın hаrаmını hаlаl еdən, Аllаhın əhdini pozan, Pеyğəmbər sünnəsinə qarşı çıxan, Аllаhın bəndələrinə qarşı günаh, fəsаd və düşmənçilik еdən zalım bir hökmdаrlа üzləşsə, əməli və yа sözü ilə ona еtirаz еtməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin". Yəni kimsə fəsad və zülm mərkəzini görüb laqeyd otursa, Allah-Taala yanında onunla bir tutulacaq.
Sayfa 221Kitabı okudu
224 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.