Zaman Tüneli

Ramil Əhməd
Tahmini Okuma Süresi:
2 sa. 43 dk.
Sayfa Sayısı:
96
Basım Tarihi:
5 Ekim 2020
Yayınevi:
Zengin Yayıncılık
ISBN:
9786052315705
Ülke:
Türkiye
Dil:
Türkçe
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

7/10
·151 syf.··
2025 16. kitabı
·
14 günde okudu
·
Okunma: 25 Mayıs 2025 23:53
Ramil Əhmədin “Zaman Tuneli” kitabı, çağdaş Azərbaycan ədəbiyyatında poetik duyumla fəlsəfi dərinliyi birləşdirən nadir əsərlərdən biridir. Bu kitab oxucunu sadəcə zaman içində bir səyahətə çıxarmır, eyni zamanda daxili aləmin, yaddaşın və varoluşun qatlarını da bir-bir aralayır. Əsərin dili təmiz, ifadələri isə obrazlı və yığcamdır; bu da müəllifin poeziyada öz səsini tapdığını göstərir.
2025 Okuma Durumu
Zaman TüneliRamil Əhməd · Zengin Yayıncılık · 20202 okunma
Reklam

Yazar Hakkında

Ramil ƏhmədYazar · 2 kitap
Ramil Əhmədov 1994-cü il yanvarın 1-də anadan olub. 2000–2011-ci illərdə Şuşa rayon Malıbəyli kənd 2 saylı orta məktəbində təhsil alıb. 2006–2011-ci illərdə Şuşa rayon Malıbəyli kənd uşaq musiqi məktəbində musiqi təhsili alıb. 2011–2015-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 2015–2018-ci illərdə "Yunus Əmrə Türk Dili Təqaüd Proqramı"nı qazanaraq Memar Sənan Gözəl Sənətlər Universitetinin Türk Dili və Ədəbiyyatı ixtisası üzrə magistr təhsili alıb. 2018–2023-cü illərdə İstanbul Universitetinin doktorantı olub.2023-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Müxtəlif illərdə "525-ci qəzet"in mədəniyyət müxbiri olaraq işləyib. 2013–2015-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin məzunudur. 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin 21 nəfərdən ibarət Gənclər Şurasına üzv seçilib. 2015–2016-cı illərdə İstanbul Elmlər Akademiyasında "Türk Dili və Ədəbiyyatı" dərslərində iştirak edib. 2017-ci ildə Avrasya Yazarlar Birliyinin təşkil etdiyi "Türk Dünyası Gənc Yazarların Görüşü"ndə Azərbaycanı təmsil edib. 2019-cu ilin fevral-may aylarında Anadolu Yazarlar Birliyinin təşkil etdiyi "Çeviri Atölyesi" layihəsində iştirak edib. 2019-cu ildə İstanbul Universiteti Azərbaycan Kültür və Dayanışma Topluluğunun Mədəniyyət koordinatorluğunu icra edib. 2019-cu ildə Dünya Ədəbiyyatı jurnalının redaksiya heyətinə üzv qəbul edilib. "Ulduz", "Naşir", "Kitabçı" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə şeir, publisistik məqalə, tərcümə və müsahibələri dərc olunub. Türkiyənin müxtəlif dil və ədəbiyyat araşdırmaları jurnallarında Azərbaycan, Türk və dünya ədəbiyyatlarına dair bədii və elmi məqalələri işıq üzü görüb. Bir çox elmi araşdırmalarıyla İstanbul Universiteti, Trakya Universiteti, İstanbul Mədəniyyət Universiteti, Avrasiya Araşdırma Mərkəzi kimi nüfuzlu qurumların təşkil etdiyi konfranslarda çıxış edib. 2020-ci ildə Makedoniyada keçirilən "VI Yəhya Kamal Beyatlı Şeir Festivalı"nda Azərbaycanı təmsil edib. 2021-ci ildə Xocavənd rayonu üzrə nümayəndə təyin edilib. 2023-cü ildə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Macarıstan günlərinin koordinatoru olub.