Ramil Əhməd

Zaman Tüneli yazarı
Yazar
10.0/10
1 Kişi
12
Okunma
4
Beğeni
731
Görüntülenme

Hakkında

Ramil Əhmədov 1994-cü il yanvarın 1-də anadan olub. 2000–2011-ci illərdə Şuşa rayon Malıbəyli kənd 2 saylı orta məktəbində təhsil alıb. 2006–2011-ci illərdə Şuşa rayon Malıbəyli kənd uşaq musiqi məktəbində musiqi təhsili alıb. 2011–2015-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 2015–2018-ci illərdə "Yunus Əmrə Türk Dili Təqaüd Proqramı"nı qazanaraq Memar Sənan Gözəl Sənətlər Universitetinin Türk Dili və Ədəbiyyatı ixtisası üzrə magistr təhsili alıb. 2018–2023-cü illərdə İstanbul Universitetinin doktorantı olub.2023-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Müxtəlif illərdə "525-ci qəzet"in mədəniyyət müxbiri olaraq işləyib. 2013–2015-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin məzunudur. 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin 21 nəfərdən ibarət Gənclər Şurasına üzv seçilib. 2015–2016-cı illərdə İstanbul Elmlər Akademiyasında "Türk Dili və Ədəbiyyatı" dərslərində iştirak edib. 2017-ci ildə Avrasya Yazarlar Birliyinin təşkil etdiyi "Türk Dünyası Gənc Yazarların Görüşü"ndə Azərbaycanı təmsil edib. 2019-cu ilin fevral-may aylarında Anadolu Yazarlar Birliyinin təşkil etdiyi "Çeviri Atölyesi" layihəsində iştirak edib. 2019-cu ildə İstanbul Universiteti Azərbaycan Kültür və Dayanışma Topluluğunun Mədəniyyət koordinatorluğunu icra edib. 2019-cu ildə Dünya Ədəbiyyatı jurnalının redaksiya heyətinə üzv qəbul edilib. "Ulduz", "Naşir", "Kitabçı" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə şeir, publisistik məqalə, tərcümə və müsahibələri dərc olunub. Türkiyənin müxtəlif dil və ədəbiyyat araşdırmaları jurnallarında Azərbaycan, Türk və dünya ədəbiyyatlarına dair bədii və elmi məqalələri işıq üzü görüb. Bir çox elmi araşdırmalarıyla İstanbul Universiteti, Trakya Universiteti, İstanbul Mədəniyyət Universiteti, Avrasiya Araşdırma Mərkəzi kimi nüfuzlu qurumların təşkil etdiyi konfranslarda çıxış edib. 2020-ci ildə Makedoniyada keçirilən "VI Yəhya Kamal Beyatlı Şeir Festivalı"nda Azərbaycanı təmsil edib. 2021-ci ildə Xocavənd rayonu üzrə nümayəndə təyin edilib. 2023-cü ildə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Macarıstan günlərinin koordinatoru olub.
Tam adı:
Ramil Bayram oğlu Əhmədov
Ünvan:
Yazar, Şair
Doğum:
1 Ocak 1994

Okurlar

4 okur beğendi.
12 okur okudu.
1 okur okuyacak.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
Azadlığım Sənlə gedə bilmədiyim bütün parklar ağaclardan hörülmüş həbsxanalardır. Sənlə gedə bilmədiyim bütün şəhərlər binalardan hörülmüş həbsxanalardır. Sənlə gedə bilmədiyim bütün küçələr adamlardan hörülmüş həbsxanalardır. Sənlə üzə bilmədiyim bütün dənizlər sulardan hörülmüş həbsxanalardır. Sənsiz məhbusam ağaclar, binalar, adamlar, sular arasında... Hardasan, mənim azadlığım?
Sevginin üç zamanı var: darıxmaq, ayrılmaq və unutmaq. Əslində, özümüzü tanımaq üçün sevirik – necə sevdiyimizi, necə darıxdığımızı, necə ayrıldığımızı, necə unutduğumuzu bilmək üçün...
Reklam
Reklam