Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zəfər Tağı

Erich Maria Remarque

Zəfər Tağı Gönderileri

Zəfər Tağı kitaplarını, Zəfər Tağı sözleri ve alıntılarını, Zəfər Tağı yazarlarını, Zəfər Tağı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Məhəbbəti dostluqla ləkələmək olmaz. Ayrılıq ayrılıqdır!
488 syf.
9/10 puan verdi
·
34 günde okudu
Nifrətin birbaşa yox, şüuraltı qalıqları əsasında yazılmış yazı tez-tez iyrəndirib halını dəyişib, sağlamlığın üçün ciddi təhlükələr yaradacaq. Əgər bu kitabı oxumağa qərar versən, yaxınlıqdakı marketdən bol-bol qəhvə al. 30 dəqiqəlik mütaliədən sonra hazırladığın sərt qəhvəni bir nəfəsə başına çək. Yeməkdən sonra oxunması məsləhət görülmür. Kitab bütün sıxıcılığı ilə səni qucaqlayacaq, amma sonunda "görəsən davamını yazsa, necə olardı?" sualını özünə verəcəksən.
Erich Maria Remarque
Erich Maria Remarque
Zəfər Tağı
Zəfər Tağı
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014440 okunma
Reklam
- Ancaq siz heç xəyalların aldatdığı adama oxşamırsınız, Ravik. - Adam özünü həqiqətlə də aldada bilər. Bu lap təhlükəli xəyaldır.
"Qəribədir, - deyə fikirləşdi, - həmişə elə bilirsən ki, ölümün pəncəsindən xilas olanlar ən xoşbəxt adamlardır. Ancaq, demək olar ki, heç biri özünü elə hesab eləmir.
Yenə tənhalıq - həyatın əbədi nəqəratı! O biriləri ilə müqayisədə nə yaxşı idi, nə pis. Ancaq ondan yaman çox danışırlar. Onsuz da adam gah həmişə tənha olur, gah da heç vaxt.
Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim unutmasa, yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir.
Reklam
Adam öləndə matah olur, diri vaxtı heç kəs qədrini bilmir.
- Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür..
Birdən Ravik bu meydanın tənhalığında hiss etdi ki, tanımadığı, bilmədiyi bu qadın, qəribə də olsa, bircə anlığa ona lap doğmalaşdı. Bəlkə də, bunun səbəbi elə tənhalığın özü, qadının da onun kimi qərib olması idi. Halbuki qadın onun üçün yad bir adamdır, görünür, illərin tənhalığı, qəribliyi onları yaxınlaşdırmışdı.
560 syf.
10/10 puan verdi
·
8 günde okudu
Çox axıcı və maraqlı kitabdır. Əsərin baş qəhrəmanı faşizmə görə Almaniyadan uzaqlaşıb Fransada mühacir həyatı yaşayan Ravikdir. Ravik həm də peşəkar cərrahdır. Əsərin mövzusu Ravikin həyatı, düşüncələri, duyğuları ilə bağlıdır. Mənə görə əsəri əsas maraqlı edən cəhət Ravikin düşüncələridir, fikirlərinin çoxu böyük dərinlikləri özündə ifadə edir. Və Ravikin çox humanist bir insan olması da diqqətimi çox cəlb etdi. Ümumilikdə isə möhtəşəm bir kitabdır!
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014440 okunma
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.