Zəfər Tağı

Erich Maria Remarque

Zəfər Tağı Yorumları ve İncelemeleri

Zəfər Tağı yorumları ve incelemelerini, Zəfər Tağı kitabı hakkındaki okur görüşlerini , Zəfər Tağı puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

910 üzerinden
200 Kişi · 30 İnceleme
560 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Mənə elə gəlir ki, kitablar öz zamanı gəldiyində “məni oxu “ deyə səslənirlər.Ona görə də bugünə kimi oxuduğum heç bir əsər üçün gecikdiyimi düşünməmişəm.Eyni hadisə “Zəfər tağı” kitabı üçün də şamil olundu.Aylardı kitablığımda gözləyən kitabın səsini eşidib oxumağa başladım.İlk səhifələrdən yağışı,soyuğu və noyabr ayının tənhalığı tam da zamanında oxuduğumu sübut etdi. . Kitabı oxuyan hər kəsin “Ravik” deyə birindən ağız dolusu danışdığını görən zaman istər istəməz , “bu necə obrazdır ki, hər kəsi məftun edib” deyə düşünürdüm.Və mən də hər oxucu kimi Raviki tanıyıb ,onun özünə məxsus dünyasına qoşulub itdim.Remark elə bir obraz yaradıb ki, hər birimiz biraz da olsa Ravikin nəzdində özümüzdən bir parça tapıb, “necə də doğru danışır, necə də mənə bənzəyir, mən də olsam belə edərdim” deyə düşündürür.Bu da yazarın ustalığından irəli gəlir. . Qalınlığı biraz gözü qorxutsa da, bir o qədər sadə və axıcı olan bu roman ,oxuduğum ən gözəl və unudulmaz klassik əsərlərdən birinə çevrildi.Bu kitabdan aldığım mənəvi zövgü uzun müddət başqa kitablar da axtaracağımı düşünürəm.Ümid edirəm ki, yenidən bu qədər ürəyimcə olan bir əsərlə qarşılaşaram.
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014445 okunma
560 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Alman yazıçısı olan Erich Maria Remarque əsərlərində Alman xalqının hər iki dünya müharibəsinin səbəbkarı olmasına baxmayaraq daxilində olan humanist’liyi bədii əsaslarla sübut edir. Remark sadəcə Müharibə mövzusunda yazıb yaratmışdır. Spesifik olaraq deyə bilərəm ki, Dünya Ədəbiyyatında müharibə janrında Remark qədər mənəvi sarsıntıları ustalıqla
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014445 okunma
Reklam
488 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 günde okudu
Bir balaca spoi'lər ola bilər.
Hamı kimi sıradan və bir o qədər də özünəməxsus Ravik! Sən bu əsərin sehri idin, sən biz idin, hər kəsdən bir parça və hər kəsdən fərqli. Hər şeyə sənin gözünlə baxdım, muharibəyə, sevgiyə, ayrlığa, qısqanclığa. Səninlə birlikdə ilk səhifələrdə kimsəsiz, kədərli qadınla qarşılaşdım, zamanla onu sevdim, sənin qədər ona öyrəşdim. Madu Jaon - necə
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014445 okunma
560 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Ravikin cəsarət, mübarizə, eyni zamanda müharibə dolu ömrü...
Ahh Ravik, Ravik, Ravik! Remarkı ümumiyyətlə müharibə mövzusunun müəllifi adlandıra bilərik. Hansı ki, 72 illik ömrünə 2 dünya müharibəsi sığdırıb. Özü kimi qəhrəmanı Raviki də bu müharibələrə şahid edib, hətta şahid etməklə qalmayıb, daha irəliyə gedərək müharibələrin, mühacirətin Ravikin həyatını necə dəlik-dəlik etdiyini, yarım-yapalaq
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014445 okunma
560 syf.
10/10 puan verdi
·
8 günde okudu
Çox axıcı və maraqlı kitabdır. Əsərin baş qəhrəmanı faşizmə görə Almaniyadan uzaqlaşıb Fransada mühacir həyatı yaşayan Ravikdir. Ravik həm də peşəkar cərrahdır. Əsərin mövzusu Ravikin həyatı, düşüncələri, duyğuları ilə bağlıdır. Mənə görə əsəri əsas maraqlı edən cəhət Ravikin düşüncələridir, fikirlərinin çoxu böyük dərinlikləri özündə ifadə edir. Və Ravikin çox humanist bir insan olması da diqqətimi çox cəlb etdi. Ümumilikdə isə möhtəşəm bir kitabdır!
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014445 okunma
Reklam
29 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.