Zəfər Tağı

Erich Maria Remarque

En Beğenilen Zəfər Tağı Yorumları ve İncelemeleri

En Beğenilen Zəfər Tağı sözleri ve alıntılarını, en beğenilen Zəfər Tağı kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
488 syf.
9/10 puan verdi
·
34 günde okudu
Nifrətin birbaşa yox, şüuraltı qalıqları əsasında yazılmış yazı tez-tez iyrəndirib halını dəyişib, sağlamlığın üçün ciddi təhlükələr yaradacaq. Əgər bu kitabı oxumağa qərar versən, yaxınlıqdakı marketdən bol-bol qəhvə al. 30 dəqiqəlik mütaliədən sonra hazırladığın sərt qəhvəni bir nəfəsə başına çək. Yeməkdən sonra oxunması məsləhət görülmür. Kitab bütün sıxıcılığı ilə səni qucaqlayacaq, amma sonunda "görəsən davamını yazsa, necə olardı?" sualını özünə verəcəksən.
Erich Maria Remarque
Erich Maria Remarque
Zəfər Tağı
Zəfər Tağı
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014446 okunma
560 syf.
9/10 puan verdi
·
Beğendi
·
33 günde okudu
Bəzən elə kitab olur ki,əvvəlindən sıxıcı gəlir ancaq sonu maraq çəkən olur. Ancaq "Zəfər tağı" başdan sonra qədər insanı maraqda, sevincdə,kədərdə saxladı:( Bu əsəri oxuyan çox insan kitabı deyil də Raviki dilindən düşürmürdü. Burdan o şəxslərə səslənirəm, haqlı imişsiniz #oxumadanöləbilərsiniz
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014446 okunma
Reklam
560 syf.
8/10 puan verdi
·
Beğendi
Remarkın Zəfər Tağı romanı dünya müharibəsinin insanlara gətirdiyi bəlalar,insanların öz ölkəsindən didərgin düşməsini Ravikin həyatının timsalında səmimi bir dil ilə gözlər önünə sərir. Oxuduğumuz əsərlər arasında bəzi unudulmaz,yaddaşlara həkk olunan,hafizənizə damğa vuran obrazlar vardır.Məhz Ravik də mənim üçün o obrazlardan biri oldu. Ravik Almaniyadan Parisə gəlmiş pasportsuz,sənədsiz yaşayan və gizli şəkildə həkim kimi fəaliyyət göstərən bir şəxsdir. Onun düşüncələri,dialoqları o qədər möhtəşəm idi ki,bəzi hissələri dəfələrlə qayıdıb oxudum.Bəzi yerlərdə gülüşümü saxlaya bilmədim,bəzi yerlərdə həyatıma aid nəticələr çıxardım.Oxuduqca Ravikin görünüşünü gözümün önündə canlandırdım və onun kimi hazırcavab ,cəsarətli, ağıllı birisinin hər bir insanın həyatında olmalı olduğunu düşündüm. Zəfər Tağı elə bir romandır ki,onun haqqında məncə danışmaqla hansısa bir fikri çatdırmaq çətin olar,bunun üçün onu yalnız oxumaq lazımdır. Spoi vermədən sadəcə onu deyə bilərəm ki,Ravikin öz dili ilə desək ; “O həm məhəbbəti daddı,həm də intiqam hissini”. Və mən özüm bu cümləni oxuyanda daxilən bir rahatlıq tapdım.Xüsusilə Ravikin Joan adlı bir qadınla sevgi münasibəti,sevgini öz dili ilə təsviri insanın içini o qədər isidir ki,həmin hissələrdən bir cümləni qeyd etmək istəyirəm ;”Qadına ya səcdə etmək ,ya da onu biryolluq atmaq lazımdır! Qalanları yalan şeylərdir!” Mütləq oxumalısınız.Xoş mütaliələr...
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014446 okunma
560 syf.
9/10 puan verdi
·
Beğendi
Remarkın ən yaxşı əsərlərindən sayılan Zəfər tağının qəhrəmanı Nazi rejiminə qarşı olan alman cərrah Ravik, Almaniyadan qaçaraq Parisdə gizli yaşamağa məcbur olmuşdur. Və onun əsas məqsədi də Almaniyada olan zaman  ona və yaxınlarına işgəncə edən bir adamdan intiqam almaq idi. Əsərdəki hadisələr ikinci dünya müharibəsinin  astanasında baş verir. Müharibə dövrünün çətinliklərinin göz önünə sərildiyi kitabda əsas mövzu Ravik və çox qəribə bir zamanda tanış olduğu Joan arasındaki sevgidir. Lakin miqrant kimi həyat yaşayaşan Ravik və Joan üçün bu sevgi çarəsiz və  bitməyə məhkum olmuşdur. Kitabı oxuyan zaman yaşadığım hissləri sözlə anlatmaq mümkün deyil. Mütləq oxuyun. Xoş mütaliələr
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014446 okunma
560 syf.
10/10 puan verdi
·
3 günde okudu
İnsan çox şeyə dözə bilər
Son zamanlarda oxuduğum ən yaxşı romanlardan biri. Remark siyasət, müharibə və mühacirətin ağırlığı və kədəri fonunda sevgini çox peşəkarcasına təsvir edib. Oxumağınız məsləhətdir.
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014446 okunma
560 syf.
9/10 puan verdi
·
Beğendi
Gözəl əsər idi. Ravik isə️ unudulmaz obraz.
Ahh Ravik, Ravik! Ravikin keşməkeşli həyatı, həkimlik sənətini rahat icra edə bilməməsi, muhacir həyatının çətinlikləri, muharibənin gətirdiyi təlaş və qorxu. Digər tərəfdən məhəbbətin sevinci və ağrısı bu əsərin ruhunu formalaşdırır. Kitabın aurasından çıxa bilmirəm. Hədsiz dərəcədə eşq yaşadım kitabla. Kitabdan aldığım mənəvi zövg.. Oxuduğum ən gözəl və unudulmaz klassik əsərlərdən birinə çevrildi.
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014446 okunma
Reklam
29 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.