Kitap okuması Kitap bizden!
Ana Britannica Çocuklar İçin Bilgi Dünyası Seti 11 Kitap ( Teknoloji ve buluşlar)
11 Kitaplık Bilgi dünyası seti
2 Üyemize hediye edilecektir.
Gönderiyi beğen!
Kitapseç Sayfasını Takip et!
Çekilişi sayfanda paylaş!
Çekiliş sonuçları 30.03.2020 tarihinde açılanacaktır.
Yəni bu vaxta qədər heç ağlınıza belə gəlməyib ki,bu zavallı oyunbazın da əyri-üyrü ağac kötüyünə oxşayan bədəninə zorla yerləşdirilmiş,ona köləlik etməyə məc bur olan,mübarizə edən canlı insan qəlbi var? Siz bu qədər həssassınız, sizn ki belə gülməli,zınqırovlu paltar geyindirilmiş bu bədənə yazığınız gəlir, bəs necə olur ki, onun zavallı qəlbini yaddan çıxarırsınız,-elə bir qəlb ki, onun müdafiəsiz qalan çılpaqlığını gizlətmək üçün heç təlxəklik bəzk-düzəyi də yoxdur! Bir düşünün: onun bu çılpaq qəlni soyuqdan üşüyür, hamının gözü qarşısında utanıb xəcalət çəkir,tamaşaçıların istehsazı onu bir qamçı kimi parçalayır, onların gülüşü odda qızardılmış dəmir kimi onu yandırır! Bunu da unutmayın ki, qəlbin axı dili yoxdur, səsi yoxdur, o çığıra bilmir. O gərək səbir etsin, səbir etsin, səbir etsin.....