a

Aşıq Ələsgər

1 üye
Takip
Gözəl, sana məlum olsun, Həsrətindən yanıram mən. Ala gözlər süzüləndə, Canımdan usanıram mən. Hansı dağın maralısan? Hayıf, bizdən aralısan! Sən də yardan yaralısan, Dürüşündan qanıram mən. Mənim adım Ələsgərdi, Dərdim dillərdə dəftərdi. Xalların dürrü gövhərdi, Sərrafıyam, tanıram mən.
Aşıq Ələsgər
A bivəfa, a bimürvət, nainsaf, Keçən günlər heç yadına gəlməzmi?! Yoxsa unudubsan əhd-peymanı, Leyli Məcnununu yada salmazmı?! Ayrılıq bizlərə oldu müqərrəm, Hicrandan ciyərim bağladı vərəm. Quldan xəta gələr, ağadan kərəm, Məşuq aşiqinə kərəm qılmazmı?! Ələsgərəm, düşdüm eldən avara, Axtardım, dərdimə olmadı çara. Bir iyidin əli yetməsə yara, Qocalıb, başına küllər olmazmı?!
Aşıq Ələsgər