AZAD MƏTBUAT BİRGƏ RAZILAŞMA əsasında qurulan cəmiyyətin məcazi desək, eşidən qulağı, görən gözü olmalıdır. Hansı məsələləri gündəmə gətirməlidir, bəzilərini sadalayaq:
1. Sən niyə işsiz qalmalısan?
2. Adi bir arayışı alanda niyə rüşvət verməlisən?
3. Sənin övladının təhsili niyə bərbaddır?
4. Sənin və övladlarının tibbi xidməti niyə pis olmalıdır?
5. Sənin hüquqlarını məmurlar niyə pozurlar?
6. Niyə sənin hüquqlarını qoruyan QANUN işləmir?
7. Niyə sən öz ölkəndə, elində-obanda, qohum-əqrabanın yanında yaşaya-yaşaya iş tapıb, iş qurub işləyə bilmirsən?
8. Əksinə hansısa xarici ölkədə min bir əziyyətə qatlanıb elindən-obandan didərgin düşüb bir tikə çörək pulu qazanmağa gedirsən?
9. Niyə sənin hüquqlarını qorumalı olan dövlət orqanları əksinə sənin hüquq və azadlıqlarını pozur?
10. Niyə sənin uşaqların bir tikə çörəyə möhtac qalıb?
11. Niyə zəngin sərvətləri olan bir məmləkətdə sən dilənçi kimi sürünürsən?
12. Niyə sənin bütün bu problemlərindən televiziyalarda danışılıb, müzakirələr aparılıb çıxış yolları tapılmır? və s.
AZAD MƏTBUATın müstəqil fəaliyyətinin əsas prinsipi başqalarının hüquq və azadlıqlarını pozmamaq şərtilə, tamamilə sərbəst ifadə, söz azadlığının təmin olunmasıdır.
AZAD MƏTBUATın müstəqil fəaliyyətinin əsas prinsipi başqalarının hüquq və azadlıqlarını pozmamaq şərtilə, tamamilə sərbəst ifadə, söz azadlığının təmin olunmasıdır.