a

Azərbaycan

Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq...
🇦🇿Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür. Allah rəhmət eləsin🥀
264 syf.
·
Not rated
·
Read in 26 hours
Azərbaycan Ədəbiyyatı
Salam. Oxuduğum bu kitab Əhməd Cavadın və onun xanımının vətən uğrunda mübarizəsindən bəhs edir. Kitabda Məhəmməd Əmin Rəsulzadədən Mikayıl Müşfiqə bir çox dahi şəxsiyyətin adı çəkilir. Bir qadının həyat yoldaşından dar günündə boşanıb övladları ilə rahat gələcək seçmək yerinə onun soyadı ilə həbsxanaya düşməsi də kitabın təsirli hissələrindəndir. Bir digər məqam isə övlad acısıdır.Balalarının ölümünə ana və atanın ayrı-ayrı reaksiya verməsi, kişi acısını içində çəkir deyimi də bu kitabda öz əksini tapır. Xanımı Əhməd Cavadın övladının ölümünə biganə yanaşdığını düşünərkən, əlinə keçən bir kağız parçası ilə sarsılır.Azərbaycan kişisi öz dərdini həmişə içində çəkər.Əhməd Cavad da şeirlərinə tökürmüş öz acısını. Kitab haqqında çox söz yazmaq olar. çox danışmaq olar. 23 aylıq müstəqilliyimiz uğrunda can verən, "Xalq Düşməni" adı altında haqqsız yerə qurban gedən dahi şəxsiyyətlərimizin adının bu gün də çəkilməsi, onları kitablarla, bizə miras qoyub getdikləri əsərləri ilə anmaq bir oxucu kimi məndə hər zaman acı və bir o qədər də xoş təəssürat yaradır. Xoş təəssürat odur ki, gənc nəsil yazılan belə gözəl kitablarla onları tanıyır və öz keçmişimizlə daha yaxından tanış olur. Azərbaycan qadının mərdliyinin,ailəyə,həyat yoldaşına və övladına duyduğu sevginin qarşısında heç bir güc dura bilməz. Bax biz bunu gördük bu kitabda.
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021153 okunma
Reklam
İnsanın öz daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün zahiri şeylərin heç bir əhəmiyyəti yoxdur.
Sayfa 101
Bir poema isti yuvadan heç vaxt əhəmiyyətli ola bilməz
Sayfa 163Kitabı okudu
182 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.