g

Gül Şiir

2 member
Sənə
Doldu dimağıma zülfün ənbəri, Valeh oldu könül həvadən sənə. Əlim yetməz - namə yazıb dərdimi Göndərirəm badi-səbədən sənə. Oturuşun gözəl, duruşun gözəl, Sallanışın gözəl, yerişin gözəl, Xoyun, xülqün gözəl, hər işin gözəl, Bəxş olub bu xubluq xudadən sənə. Dodaqların oxşar ləli-Yəmənə, Yada düşdü, bağrım qan oldu yenə, Siyah tel düzürsən bəyaz gərdənə, Düşübdür bu qayda sonadən sənə. Fikrü xəyalındır könlüm ziynəti, Şirin sözlərindir ağzım ləzzəti, Sənsən mənim ömrüm, günüm vəhdəti, Yetişməsin, ya rəb, bəladən sənə. Qəm evində saldın küncə Vaqifi, Eylədin muyindən incə Vaqifi, Neçün incidirsən munca Vaqifi, Nǝ hasil bu cövrü cəfadən sənə?
Sayfa 23 - Kitab KlubuKitabı okudu
Ol vaxtda ki sarsıtdı məni qəm təməlimdən, Tək bircə xəyalındı gəlib tutdu əlimdən. Bir gün yğaraq bir yerə, bərk-bərk sıxan olsa, Tək sən süzülərsən, mələyim, hər qəzəlimdən. Bilməm ki əyən qəddimi həsrət yükü idi, Ya ki fələyin çərxi gəlib vurdu belimdən. Bir başqasını vəsf eləmək istədim , ey gül, Sözlər ilana çevrilərək sancdı dilimdən. Eşq atəşinə mən də yanardım gecə-gündüz, Bir azca külək yarə aparsaydı gülümdən. Sübhün şefəqindənmi dəniz qırmızı olmuş?! Ya ki qızarıb gözdən axan qanlı selimdən. Mütləq canı ol dilbərə qurban eliyərdim, Fəhmi, qaça bilsəm bu naqafil əcəlimdən.
Sayfa 81 - Parlaq imzalarKitabı okudu
Reklam
Sənsizliyimin
Yenə də ərşə çıxıb naləsi sənsizliyimin, Ağladır xəlqi yanıqlı səsi sənsizliyimin. Görmərəm mən səni dursan da gəlib qarşımda, Gözümü çünki tutub kölgəsi sənsizliyimin. Məni sərxoş görübən, eyb eyləmə, ey dilbər, Qəm meyiylə doldur süfrəsi sənsizliyimin. Sanma fəryad edirəm, şurə gəlib dərd kamanı, Qəlbim içrə çalınır nəğməsi sənsizliyimin. Səni sənsiz yaşayan könlüm içində tapdım, Ey vəfalım, bu imiş zirvəsi sənsizliyimin. Qorxuram vəslinə meyl eyleyim, ey nazlı sənəm, Mənə sənsiz görünür bitməsi sənsizliyimin. Fəhmi sənsiz gecələr sübhə kimi şer yazır Çünki sözlə doludur sinəsi sənsizliyimin.
Sayfa 65 - Parlaq imzalarKitabı okudu
ay qız!
Cəmalın günəşdir, qəmərdir üzün, Şəkərdir dəhanın, şirindir sözün, Yağıdır müjganın, cadudur gözün, Cǝllad kimi qəmzən qəsdədir, ay qız!
Sayfa 28 - Kitab KlubuKitabı okudu
İtirdi
Bülbül gülünü seyri-gülüstanda itirdi, Bir damlanı sanki gəlib ümmanda itirdi. Bir böylə əzabə dözərək dinmədi könlüm, Təmkinini gəldi şəbi-hicranda itirdi. Leylini görüb Qeys, başından çıxıb əqli, Gör bir neçə il topladı, bir anda itirdi. Kafir demə Sənanə baxıb, ey dili-qafil, İman ilə dini rǝhi-cananda itirdi. Az-maz ki, ağıl qalmış idi Fəhmidə, ey gül, Getdi onu da çöllü-biyabanda itirdi.
Sayfa 95 - Parlaq imzalarKitabı okudu
qurbanıyam mən
Bir fitnə tellinin, üzü xallının, Bir şirin dillinin qurbanıyam mən. Bir qənd məqallının, ləb zülallının, Bir ağzı ballının qurbanıyam mən Bir süsən muylunun, səmən boylunun, Fəriştə xoylunun, mələk soylunun, Bir cənnət kuylunun, tuba boylunun, Bir şümşad qollunun qurbanıyam mən. Bir gözü şərlinin, cəng nəzərlinin, Zülfü ənbərlinin, müşk tərlinin, Bir səmənbərlinin, zər kəmərlinin, Bir incə bellinin qurbanıyam mən. Bir çox ülfətlinin, məhəbbətlinin, Bir mərhəmətlinin, şəfəqqətlinin, Bir pəri tellinin, gün tələtlinin, Bir məhcəmallının qurbanıyam mən.
Sayfa 57 - Kitab KlubuKitabı okudu
Reklam
256 öğeden 131 ile 140 arasındakiler gösteriliyor.