g

Güney Azərbaycan

0 üye
Takip
Arzu Muradi
Səni özləmək duyğudan üstündür bəlkə ilk yağmur damlası torpağa toxunan zaman bəlkə kəpənəklərin can verməsinde, bəlkə də qəhər sözcükləri boğanda bağıra biləcək gözlərimiz özləmdən doğulan utancaq sözlərimizi vƏ mən sevəcəyem səni buludlar yağmurdan küsən qədər.
Sayfa 356·Kitabı okudu
Güney Azərbaycan
Arzu Sayman
Böyüyüb-böyüyüb ucalacaqsan, Adamlar gözündə kiçiləcəkdir, Bir gün özün boyda sevdiyin insan Sənin yaddaşından silinəcəkdir. Xəyanət görməyi öyrənəcəksən, Şikayət etmədən sürünəcəksən, Dizlərin ortadan qatlanan zaman Kəndi qollarına bürünəcəksən.
Sayfa 242·Kitabı okudu
Güney Azərbaycan
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Nadir Əzhəri
Hava heç də isti deyil səninlə, Heç islanmadığımız yağışları tərləyirəm. O gözlərindəki boya. Hər yana dağılmış başım fırlanır - Hər şey dairədir, gələcək də xatirədir.
Sayfa 133·Kitabı okudu
Güney Azərbaycan
Rəsul Yunan
Uzun bir küçedir Və onun dibində olan Bağlı qapi - Yalqız adamın rəsmi. Rəsmdə görünməyən Paslı pianodur Yalqız adamın rəsmi. Əsən yeldir, Solğun ay Yalqız adamın rəsmi - Bütün kəderlərin rəsmidir... Qələbəlik.
Sayfa 169·Kitabı okudu
Güney Azərbaycan
Rəsul Yunan
Səni düşünmək Həyatı düşünməkdir, Torpaq altında Dar-düdük bir qəbirdə. Günəşi düşünməkdir Qarlı gecədə. Qıfıllanmamış qapılara Qaçmağı düşünməkdir həbsxanada, Səni düşünmək dəyərlidir Ən azı Adamın qəlbindən Bir bulaq coşar, Bir at gələr, orada su içər, Bir quş gələr, orada oxuyar... Həsrət Duman boruları Antenlər, Qarğalar... Sadəce, Keçmişimdən bunlar yadıma gəlir. Pəncərədən Eşiyə baxdığım gunlərdən. Sizin apartmaniniz Uzaqda idi - Yerlə göy üzü qovuşan yerdə...
Sayfa 168·Kitabı okudu
Güney Azərbaycan
Payızın bir qəmli axşamı sənsiz Qapısı qapalı, havası tutqun Qəfəsdə könlümə sarınır kədər. Qanadları yanmış xəyalım daha Yüksələ bilməyir, gələ Təbrizə Bu uzun gecələr, ağır gecələr. Ay qurşaq sallamır, göz vurmur ulduz. Bu qalın, bu acı qaranlıq nədir? Bu gün həddən artıq sənsizəm, sənsiz, Dünyanın qəmləri ürəyimdədir.
Güney Azərbaycan