Artıq bir yerdən sonra önəmi qalmır heçnəyin. Saçlarının uzunluğu, qısalığı artığ bir məna daşımır, daramaq üçün güzgü önünə həvəslə qacmırsan. Gözəl görünmək üçün səbəblərində tükənir "əşi əsas rahatlıqdı" deyib kəsib atırsan. Səhərlə gecədə itirir mənalarını. Yatmaq üçün gecəni, şirinçay içmək üçün səhəri gözləmirsən. Günün hər saatı eyni kədərə bürünür. Bir insan çoxmu, bir insan əksikmi heç dərd etmirsən. Varlarsa varlar, yoxlarsa yoxlar sloqanı ilə yaşamağa başlayırsan. Bir vaxtlar insan içinə qaçıb başını qatan, yada insanlardan sıxılıb təkliyə sığınan sən artıq o sən olmursan. Elə həmin yalnızlığı milyon içərisində yaşamağa başlayırsan. Ehtiyac qalmır qaranlıq səssiz otaqlara, çünki o qaranlıq artıq bütün hüceyrələrində yaşayır. Qaranlıq sən olursan. Həyəcanla, maraqla izlədiyin o filimlər artıq sıxıcı gəlməyə başlayır, kitablardakı cümlələr isə anlaşılmazlığını ən üst səviyəyə daşıyır. Yaşamağa səbəb axtardığın vaxtlar başlayır beləcə. Ümidlər hələdə olduğu yerdə qalır. Bəli ümidlər heç bir zaman ölməz. Amma bir zaman sonra onlar belə sıxılır bu yaşamdan sadəcə "olacağı varsa olsun" a sığışıb hədər olub gedir. Sonda bu boşluğun İçərisində "heç" olub gedirsən...