Gör kimi bilmişəm özümə yaxın,
Eh, mənim bu sevgim nə bitməz oldu.
Ümid üfüq kimi gözümə yaxın -
Nə qədər yol getdim, əlyetməz oldu.
Yox, daha könlümü açıb sabaha,
Dan üzü bu yolu tutmağım olmaz.
Nə ümid sabahım açılır daha,
Nə də o üfüqə çatmağım olmaz.