Bu dünyada sənə pislik etmək istəyən insanlar çıxacaq qarşına, amma unutma yaxşılıq etmək istəyənlər də çıxacaq. Hansısa insanın qəlbi qaranlıq, hansının isə qəlbi aydınlıqdır. Gecəylə gündüz kimi! Dünyanın pislərlə dolu olduğunu düşünüb küsmə, hər kəsin yaxşı olduğunu düşünüb xəyal qırıqlığına da düşmə. Özünü qoru qızım, insanlara qarşı özünü qoru!