m

Matəm

1 üye
Takip
Sözün bitdiyi yer.
26 Dekabr Azərbaycanda matəm olaraq elan edildi🇦🇿🥀✈️ Azalın Bakı-Qroznı istiqamətində uçuş zamanı qəzaya uğrayan təyyarəsində vəfat edənlərə Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyirəm. Son dəqiqəyə qədər sərnişinlərin həyatını xilas etməyə, itkini mümkün qədər azaltmağa çalışan pilotların sayəsində qəzadan sağ çıxanlar var. Ruhunuz şad olsun!
Matəm
20 yanvar 1990-cı il
Qan yaddaşımız. 33 il keçir...Sovet qoşunlarının 11 ci alayının Azərbaycan ərazisinə vandalcasına daxil olub neçə-neçə silahsız məsumu qanına qəltan etdiyi gündən. Azərbaycan xalqı əli yalın çıxdı tankların qabağına. İşdən qayıdan, dərsdən evə yollanan, həyətdə istirahət edən dinc sakinlər öz ana yurdunda güllə atəşinə tutuldu. Bu gün tarixə qanla adı yazılanların günüdür. Bu gün düşmənə meydan oxuyanların günüdür. Sizi tarix yazıb, ruhunuza fatihə yollayacağam. Məkanı cənnət şəhidlərim, ruhunuz şad olsun🥀
Matəm