Profil
Mikayıl Müşfiq indi aramızda yoxdur. O, ömrünün çiçəklənməyə başlayan bir çağında bizim aramızdan getdi. Lakin adı ürəyimizdə yaşayır. Mikayıl Müşfiqin əsərləri bütün varlığı ilə sevdiyi qəhrəman xalq üçün qalmışdır.
Həyat sevgisi
Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yerində! Göylərin lacivərd ətəklərində
Reklam
Bir lövhə.
Еy hənuz gəncliyinin dəmlərini yaşıyan, Qəlbində gur dalğalı çağlayanlar daşıyan, O səкsən yaşlı qadın yaşamaq istiyorкən Bilməm niçin həyatdan uzaqlaşmadasın sən?
Rəssam
Rəssam, sevgilimin rəsmini gəl çək, Sevgilim gözəldir, sən də gözəl çək. Nazına çatanda fırçadan əl çək, Qoy onun nazını mən özüm çəkim. Çək onun qaradan qara telini, Çək, rəssam çək onun incə belini, Gözünə çatanda saxla əlini Can alan gözünü mən özüm çəkim. Çək Tanrı verdiyi gözəl qulunu, Çək dörd bir yanını, sağı solunu, Çək onun keçdiyi həyat yolunu Qoy ayaq izini mən özüm çəkim.
+ Bir şeirə görə vurulacağını bilsən, yenə də Müşfiq olardınmı? - Olardım. Bəs sən mənə Dilbər olardın? 💙💙
Ayrılıq oduna könül dayanmaz, Eşq oduna yanan bir daha yanmaz, Çəkdiyim nalədən neçin oyanmaz Şirin röyasına qurban olduğum?
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Reklam
Nə qədər ki, mənim gözümdə yaş var, Olsun ürəyinin daşına qurban!
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Yenə o bağ olaydı
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi? Yenə o bağ olaydı, yenə sizə
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Küsmərəm...
Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm. Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm. Gözlərin misaldır axan çaylardan, Kipriyin oxlardan, qaşın yaylardan. Qarşımıza gələn uzun aylarından, İllərdən küsərəm, səndən küsmərəm. El içində bizə derlər, Sayadlı! Tərlan ovçusuyam, ruhum qanadlı. İlham pərisinin açdığı dadlı Dillərdən küsərəm, səndən küsmərəm.
92 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.