q

qəzəl

Aşiq olma" dili-bimarə desəm, düz çıxmaz, "Yanma" pərvanələrə "narə" desəm, düz çıxmaz. Dərdimi mən necə izhar eləyim dosta-yada, Dost əlac eyləməz, əğyarə desəm, düz çıxmaz. Nə deyim onlara ki, zülfə salıblar mehri, "Siz də mən tək çəkilün darə" desəm, düz çıxmaz. Desələr yarə "yaraşmır ağ üzə qarə teli", Demərəm mən ki, ağa qarə desəm, düz çıxmaz. Yarə "məhparə" deyən var, demərəm mən əsla, Bütöv aydır, ona məhparə desəm, düz çıxmaz. Demə biganəyə "sev", düz deyil, ey dil, necə ki, Kora "gör", yaxud "eşit" karə desəm, düz çıxmaz. Gər vəfasızda vəfa eyləməmək adətdir, "Düz çıxar əhd ilə ilqarə" desəm, düz çıxmaz. Ürəyim yarəlidir, yarə vuran yar əlidir, "Vurma gəl yarə", əgər yarə desəm, düz çıxmaz. Çün Əvəz, zövq verir daima bu yarə mənə, "Eylə dildara, ona çarə" desəm, düz çıxmaz
Bir nəfər yoxdu desin dərdimi cananə mənim. Canımın hicri gətirmiş canımı canə mənim. Yandı canım, bu yanan canıma tək mən yanıram, Yoxdu bir kimsə ki, canım canıma yanə mənim. Qalmadı yanmağa canım daha məhşər gününə, O qədər yandı canım atəşi-hicranə mənim. Aşiqəm vardı mənim əqli-kəmalım bilməm, Nə səbəbdən deyilir adıma divanə mənim. Uyma dünyaya Dadaş, vermə cavan ömrü hədər, Bunu dərk et, nə sənindir qoca dünya, nə mənim.
Reklam
Yuxuma Gelmeye Teles Bu Gece. Yaman qəribsəyib ürəyim sənsiz, Həstrətin ruhuma qəfəs bu gecə Barı insaf elə səssiz-səmirsiz Yuxuma gəlməyə tələs bu gecə.
Mehkum Gozlerimdi Hakim Gozlerin! Gozum cemalini xeyal sanibdi Urek duwunubdu urek anibdi Bu gun qelb ogrusu yaxalanibdi Mehkum gozlerimdi,hakim gozlerin!
"Bülbülün naləsi dünyanı tutar gülşəndə, Hər zaman car ilə həmdəm güli-bixarı görüb."
"Meydənmi qızarmış, gözəlim arizi-alın, Ya əks salıb sağərə xurşidi-cəmalın?
Sayfa 201Kitabı okudu
Reklam
Əvvəlindən salan olsaydı əgər başə bizi, Cəhlimiz salmaz idi bunca dağə-daşə bizi. |
Əliağa Vahid
Əliağa Vahid
256 syf.
·
Not rated
·
Read in 11 days
Hər vaxtınız xeyir 1k kitabsevərləri. Qəzəl dedikdə ağlıma ilk gələn "sinədəftər" sözü olur. Çünki qəzəllər qəzəlxanlar tərəfindən yazıldıqda qulağa xoş gəlir, göz oxşayır. Yazıçımız qəzəllərində incə məqamlara toxunub toxunmasına amma, hər gözəlin bir eybi, hər işin bir "əmması" olduğu kimi, eyni kəlimləri sətirlər arasında dolandırıb durub. Bu həm məharət tələb edir, həm də bir az oxuyanı yorur. Meyxanada buna "təkrar" deyilir. Təkrar etmədən, eyni kəlimələri seçmək yerinə sinonimlərinə müraciət etsəydi, daha oxunaqlı olardı. Hiss var, eşq var, o bir məsəl vare; "Elə bil nəisə çatmır." Söz bazası zəngin olmalıdır şairin. Yox, əstəğfirullah, kritik də deyiləm, söz üstadı da. Mən sadəcə olaraq şeirə vurğun ədəbiyyat aşiqiyəm. Məcnun, Leyli, Fərhad, gül, bülbül, əğyar, könül, eşq.... Sadalamağa davam etsəm, bir kitab da mən yazmalı olacağam. Bu minvalda davam edən sözlərin sətir aralarına sərpişdirilməsini kənara qoysaq, anlamı yüksək qəzəllər oxudum.
Ays
Ays
kitabdaşım olduğun üçün təşəkkür edirəm, əzizim. Xoş mütaliələriniz olsun.
Qəzəllər
QəzəllərXaqani Əmini · Bilik Nəşriyattı · 20164 okunma
Eşq divanəsiyəm, etmə məzəmmət, zahid, Hərə bir cür dəlidir, hər şeyin öz sərsəmi var.
Sayfa 110 - PdfKitabı okudu
Ey könlü çəkən həsrəti-didari-Məhəmməd, Yar ol ki, Əliyə, olasan yari-Məhəmməd. Yan eşqi-Məhəmmədlə ki, yaxdıqda cəhənnəm, Söndürməyə qadirdir onu nari-Məhəmməd. Yüz badi-xəzan əssə də gülzari-cahanda, Öz feyzin itirməz güli-rüxsari-Məhəmməd. Bihuş edər aləmləri cənnət qoxusuyla, Bir gül yetirir aləmə gülzari-Məhəmməd. Yoxdur bizə yer qürb məqamında Əlisiz, Aləmdə odur vaqifi-əsrari-Məhəmməd. Xaqani, Əli haqqını hər kim ki, danırsa, Əslində o etmiş olur inkari-Məhəmməd.
Sayfa 104 - PdfKitabı okudu
130 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.