Sərvlər içində itdik bir dəfə,
sərvlər yanında bitdik bir dəfə.
Tökülüb çiyninə saçlar ələndi,
dünyaya xurmayı tül səpələndi.
İqlimi dəyişdi bir gülüş ətri,
yanında darıxdım səndən ötəri.
Bu yoldan adlayıb o yola keçdik,
buyurhabuyura, “sağol”a keçdik.
Baxdım həsrət ilə gözlərinə mən,
elə bil, yüz illik bir məsafədən.
Ovcumun içində itdi əllərin,
yanında darıxdım səndən ötəri...