Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Bismilləhir Rahmənir Rahim
Mədəni-ideoloji hücumda üç əsas məsələ üzərində dayanırlar: 1. İslamın qanun və hökmlərinə hücum etmək, xalqın etiqadında şübhə yaratmaq; 2. İslam qanunlarının, İslamın əsaslarının Qərblə və onun yeni mədəniyyəti ilə uyğunluğunu təbliğ etmək, cəmiyyətdə Qərb humanizmini İslamla qarışdırıb xalqın praktik imanını sarsıtmaq; 3. Əsas əlaməti dəbdəbəçilikdən ibarət sekulyarizmi qadınlar arasında yaymaq.
Sayfa 260Kitabı okudu
Bismilləhir Rahmənir Rahim
"Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur". (Bəqərə 256) Bu ayə Allah ipinə sarılmağı izah edir. Allah ipinə sarılmaq necə olur? Allaha imanla və tağuta küfrlə... İslam ümmətinin bir çox hissələrində Allaha iman var, lakin tağuta küfr yoxdur. Tağuta küfr etmək lazımdır. Tağuta küfr olmadan Allahın möhkəm ipinə sarılmaq imkansızdır.
Sayfa 256Kitabı okudu
Reklam
Bismilləhir Rahmənir Rahim
İmam Hüseynin (ə) hərəkatı belə bir hərəkat idi. Buyurdu ki, yalnız babamın ümmətinin işlərini islah etmək üçün qiyam edirəm. Həmçinin belə buyurdu: “Kim Аllаhın hаrаmını hаlаl еdən, Аllаhın əhdini pozan, Pеyğəmbər sünnəsinə qarşı çıxan, Аllаhın bəndələrinə qarşı günаh, fəsаd və düşmənçilik еdən zalım bir hökmdаrlа üzləşsə, əməli və yа sözü ilə ona еtirаz еtməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin". Yəni kimsə fəsad və zülm mərkəzini görüb laqeyd otursa, Allah-Taala yanında onunla bir tutulacaq.
Sayfa 221Kitabı okudu
Bismilləhir Rahmənir Rahim
Bir dəfə Harun Bəni-Haşimi susdurmaq və onların iddialarına son qoymaq üçün Musa ibn Cəfərə (ə) dedi ki, Fədəkin sahəsini müəyyən et, onu sənə qaytarım. İmam əvvəlcə bundan imtina etdi, sonra buyurdu ki, hamısını versən, alaram. O dedi ki, çox yaxşı, hüdudlarını müəyyən et. Maraqlıdır ki, imam onun hüdudlarını təyin edərək deyir: "Bir tərəfi Ədəndir". Bunlar Mədinədə, ya da Bağdadda oturub söhbət edirlər. Deyir ki, bir tərəfi Ərəbistan yarımadasının sonu olan Ədəndir. Bunu deyəndə Harunun rəngi dəyişdi. Sonra buyurdu ki, bir tərəfi Səmərqənddir. Bu zaman Harunun rəngi qızardı. Buyurdu ki, üçüncü tərəfi Tunisdir. Bu zaman Harun əl-Rəşidin rəngi qaraldı. Dedi ki, maraqlıdır! Sonra buyurdu ki, dördüncü tərəfi dənizlərin kənarı, adalar, misal üçün, Aralıq dənizidir və sair. Harun əl-Rəşid dedi ki, bəs bizə nə qaldı; onda qalx gəl, mənim yerimdə əyləş. İmam Kazim (ə) buyurdu: "Sənə dedim ki, hüdudlarını təyin etsəm, qaytarmayacaqsan".
Sayfa 220Kitabı okudu
Bismilləhir Rahmənir Rahim
Vilayət barədə bəzi hədislər göstərir ki, belə şəxslər bütün ömürlərini ibadətə sərf etsələr, lakin Allah vəlisini tanımasalar, ibadətin onlara xeyri olmaz. Bu necə ibadətdir?! Əmirəlmöminin bunlarla vuruşurdu
Sayfa 220Kitabı okudu
"Vilayət" sözünün mənası
Vilayətin qəribə mənası var. Vilayətin mənası iki şeyin bir-birinə yaxınlaşmasından ibarətdir. Əgər iki ip bir-birinə möhkəm bağlansa və onları bir-birindən ayırmaq asan olmasa, ərəb dilində ona vilayət deyirlər.