"KIRMIZI ODA" dizi təhlili;
Bu dizi'ylə tanışdığım vaxtlar keçən ilə təsadüf edir. Təsadüfən qarşıma çıxan və tövsiyə olunan filmlərin arasında gördükdə, istəmsizcə 1 bölümünə baxmağ istəyi gəlmişdi. Genelde serial dedikdə ağıla anlamsız və boşuna zaman kaybı olan seriallar gəlir. Ama bu dizi'ni digərlərindən fərqləndirən ən önəmli və diqqət çəkici tərəfi də həqiqi həyat hekayələrindən uyarlanmasıdı. Dizi'də keçən hər hadisə Psixiatr və eyni zamanda yazıçı olan Gülseren Budayıcıoğlu'nun kitablarından alınarağ canlandırılmışdır. Dizi Psixoloqun yanına gələn insanların həyatları barəsindədi. Və hər bölümdə yeni bir insanın hekayəsini, onları bu günə gətirən hadisələrin nələr olduğunu öyrənmiş oluruğ. Dizi'ni izlədikdən sonra bəzi düşüncələrim dəyişməyə başladı. Ən əsası, "Qismət" dediyimiz şeyin həyatımızda necə var oluşunu aydınlığla başa salan bir filmdi. Bir çox düşüncə və davranışlarımızın uşağlığımızla kökündən bağlı olduğunu, şiddətin kökünün hardan gəldiyini və bir çox psixoloji gerçəkləri izlərkən anlayacağımız bir dizi'di. İnsanların nələr yaşadığını izləyərkən, ən acı yanı da bunların həqiqətən yaşanmış olduğunu bilərək izləyərkən təsirlənməmək mümkünsüzdü. Dizi'də zaman zaman obrazlar dəyişsədə, və hər birinin hekayəsi ayrı hüzn, qürur, heyranlığ bir sözlə qarışığ hissləri içimdə cəmləsədə, bu günə qədər mənə ən çox təsir edən hekayə Alya'nın hekayəsi olmuşdu. Kimsə tərəfindən tək bir sevgi qırıntısı belə görməyən Alyanın uşağlığdan bəri kitabları tapması və hər kəsdən uzağ o dünyada yaşaması eyni zamanda da kiçik yaşda yaşadığları... Bir sözlə bu dizi bu günə qədər izlədiyim ən mükəmməl dizilərin arasında ilk sıralarda yer alır. İzlədikdən sonra həyatımda, düşüncələrimdə və ən əsası bəzi xüsusiyyətlərimin nədən qaynağlandığını anlamamda çox yardımcı oldu. Və