Maria

Maria
@l_m_eva
Neçə illər yalnızlığ içində yaşayan birinin, dost olarağ kitabları tapması da bu dünyada qarşılaşdığı yeganə xoşbəxtlik idi...
9/10
·236 syf.··
2022 6. kitabı
·
25 günde okudu
·
Okunma: 14 Nisan 2022 08:19
Sabahattin Ali'dən oxuduğum ikinci əsər Kuyucaklı Yusuf oldu. Sabahattin Ali'nin əsərləri, yazma şəkli və anlatma biçimi mükəmməl deyiləcək qədər gözəldi. Kürk Mantolu Madonna əsərindən fərqli olarağ Kuyucaklı Yusuf başqa təəssüratlar yaratdı məndə. Əlbəttə əsərdə sevgi, haqsızlığ, varlının kasıbı əzməsi kimi bir çox mövzular göz önünə alınır. Ama bütün bunlar əsərin əsas mövzusu deyil mənim üçün... Əsərin adından da göründüyü kimi, Yusufun həyatı göz önünə alınır. Yusuf, həyatda özünə aid bir yer tapmamış, və suallarla yaşayan, həyatı sorğulayan, içində yaranan boşluğların səbəbini axtaran bir obraz olarağ çıxır qarşımıza. Acıyla zamanından daha tez tanış olur. Həyatının irərilələyən dönəmlərində mənasız və yabancı olan həyatında bir tək şeyə həqiqətən sarılır və bu da sevgi olur. Və əsərin sonlarında olan bu cümlə düşünürəm ki, əsərin əsas yerlərindən biridi; "Muazzez'in varlığı Yusuf için boşlukları dolduracak mahiyyette bir şey değildi.... Hayatında asıl aradığı şeyin Muazzez olmadığını biliyordu, fakat Muazzez olmadan bunu aramaya muktedir olamayacağını sanıyordu." Burda bizə verilən mesaj əslində göz önündədi. İçimizdə bir çox boşluğlar var ki, onları birinin "sevdiyimiz insanın" varlığıyla doldurmağa çalışırığ. Ama bu varlığımızın verdiyi boşluğdur ki, onu bir insanla doldurmağ mümkün deyil. Və sevgi dediyimiz şey əslində o boşluğları doldurmağ deyil, birlikdə yola çıxmağdı. Və düşünürəm ki, əsərin bu hissəsində yazar bizə bu mesajı vermək istəmişdir:) Əsər haqqında deyiləcək sözlər çox olsa da, qısa olan yazımı burda tamamlamağ istiyirəm. Nəticə olarağ əsər bir çox şey qatdı mənə. Əsərdə bəzi yerlərdə tamamlanmamış və sual işarəsi olarağ qalan yerlər olsa da, məsələn Kübranın başına gələnlər və onların gedib bir daha dönməməsi kimi yerləri. Nəticə olarağ
Kuyucaklı Yusuf Sabahattin Ali · İş Bankası Kültür Yayınları · 2019210,5bin okunma
Reklam
10/10
·479 syf.··
Beğendi
·
2022 4. kitabı
·
55 günde okudu
·
Okunma: 06 Mart 2022 11:05
Oğuz'cum Atay'ın duyğulara və əvəzolunmaz xəyal gücünə dayanan qələminə heyranlığ və böyük bir sevgi hissi duymamağ mümkünsüzdü... Əsərlərinin hər biri mükəmməl bir duyğusallığla yazılması ayrı bir məsələ olarağ qalır, ama mənimçün Oğuzcum Atayın Tutunamayanlar əsəri qəlbimin baş köşesində xüsusi bir yeri əhatə edir. Oğuz Atay'a olan sevgimi ifadə etməyə bəzi sözlər yetmədiyinnən, son söz olarağ və sevgimin ifadəsi olmasa da, "Nə yaxşı ki bu dünyadan bir Oğuz Atay keçib" deyib sözü daha çox uzatmadan əsərin təhlilinə keçmək istiyirəm:) Bəzi əsərlər olur, və ya bəzi insanlar, bəzi hadisələr... Onun haqqında danışmağa cəsarət edə bilmədiyin, tam layiqiylə haqqını verərək ifadə edə bilməyəcəyindən qorxduğun.. İşte mənimçün Oğuz Atay'ın tək Tehlikeli Oyunlar'ı yox, bütün əsərləri o qorxunun yaranmasına səbəb olur) Haqqıyla ifadə edə bilməsəm də əsəri, yenə də başlayağ sözə:) Əsərin baş qəhrəmanı Hikmet Benol Tutunamayanlar dünyasının sakini olarağ, tutunamamanın vücud bulmuş halını təsvir edən bir obraz olarağ çıxır qarşımıza. Bir türlü gerçək həyatla bağ qura bilməyən, və xəyallarla, bir növ oyunlarla tutunmağa çalışan biri olarağ. Tehlikeli Oyunlar'ın Hikmeti ilə Tutunamayanlar'ın Seliminin arasındakı bağ, gerçəklərin ağır gəldiyi, və xəyallarda yaratdığları fərqlilik obrazının altında əzilmənin sonucu intihar etmə idi... Hikmet'in həyatındakı gerçəklərdən olan Sevgi, Hikmet üçün sevgisizliyi, Bilge isə bilgesizliyi ifadə edirdi. Gerçək dünyadan sadəcə Bilge'nin həyatında olması, və Bilgenin də onu anlamayıb tərk etməsi, Hikmetin dünyayla olan bağının tamamən qopmasına səbəb olmuşdu. Və intiharının səbəbi də bu idi fikrimcə. Dünyayla tamamən bağını kəsmiş, geriyə sadəcə gerçəklikdən Bilge qalmış və oyunlarla yaşayan biri olarağ Bilge'nin onu tərk etməsi sonucu, geriyə
Tehlikeli OyunlarOğuz Atay · İletişim Yayınları · 202538,8bin okunma
10/10
·136 syf.··
Beğendi
·
2022 3. kitabı
·
3 günde okudu
·
Okunma: 15 Şubat 2022 01:32
Cengiz Aymatov'un qələmindən oxuduğum ilk əsər Toprak Ana əsəri oldu. Bu əsər ən çox da savaşla bağlı düşüncələrimi dəyişdi. Dəyişmək də deməzdim, ama savaşın insanlardan nələri aldığını və savaş qurbanı olan bir ailənin yaşadığlarını daha dərin anlamış oldum. Və sona yaxınlaşdığca da bəzi sətirlərdə gözyaşlarımı tuta bilmədim. Aymatov'un Yaşanan duyğuları, olayları bu qədər mükəmməl şəkildə ifadə etməsi əsəri daha da mükəmməlləşdirdi mənim gözümdə. Bu əsər mənə bir tərəfdən "Soyuq Günəş" filmini xatırlatdı. Əsərdə, sevgi, savaş, övlad itirmənin verdiyi acı, sadiqlik və ən əsası da, ana ilə övlad arasında olan bağın qan bağıyla bir əlaqəsi olmaması qələmə alınmışdı. Tolgonay 3 övlad və eyni zamanda da sevdiyi insanı itirməsinin verdiyi acıya rəğmən mücadilə edərək, güclü dayanan və acılara qarşı dirənən və acısını içinə gömüb yaşamağa davam etməyə çalışan güclü bir qadın obrazıydı. Alimansa fərqli olarağ güclü görünməyə çalışsada, acılarına yenilib zəif ruhunu ölümə tərk edən bir obraz olarağ çıxmışdı qarşımıza. Əsəri daha da mükəmməlləşdirən bir tərəf də, Birlik və bərabərliyin verdiyi gücün təsvir olunması idi. Xoşbəxtliyin o qədər də uzağda olmadığını, bir torpağı əkib məhsulunu almağla xoşbəxt olmağın mümkün olduğunu bizə göstərmiş oldu bu əsər. Son söz olarağ, hissləri, yaşananları asan bir dillə bu qədər mükəmməl çatdıran bir əsər həqiqətən oxunmağa dəyər deyə düşünürəm. Və yazımı, Tolgonayın Toprak Ana'ya "İnsanlar savaşmadan yaşayamazlarmı?" sualına verdiyi cavabla sonlandırmağ istəyirəm: "İnsanlar ne zaman bir savaş başlatacak olsa, onlara şöyle diyordum: "Durun! Kan dökmeyin!" Şimdi de tekrar ediyorum: "Ey dağların, denizlerin öbür tarafındaki insanlar, siz ki mavi göğün altında yaşıyorsunuz, savaş neyinize gerek? Ben toprağım, bana bakın! Ben herbiriniz
Toprak AnaCengiz Aytmatov · Ötüken Neşriyat · 202277,8bin okunma
10/10
·724 syf.··
Beğendi
·
2022 1. kitabı
·
45 günde okudu
·
Okunma: 11 Ocak 2022 08:57
Əsərin uzunluğu nə qədər çox olursa sonuna yaxınlaşdığca ondan ayrılığın və əsərin bitməsinin verdiyi hüzn də o qədər çox olur. Mənim üçün Tutunamayanlar əsəri bir əsərdən daha fazlasıydı. Əsəri tam haqqıyla oxuduğumu və anladığımı düşünmürəm. Yenə də məndə qoyduğu dərin izlər, haqqında yazmağım üçün biraz da olsa haqq verir. Oğuz Atay'la tanışlığım sosial şəbəkələrdəki alıntılarından olmuşdu. Ama sonradan öyrəndim, bir çox alıntılar ona aid deyilmiş deyə:( Yenədə o alıntılar (bəziləri saxta olsada) Oğuz Atay haqqında araşdırma etməyimə səbəb oldu. Sentyabrda Poyraz Karayel dizisini izləməyə başlamışdım. Onu izləməyimin də ayrı bir səbəbi varıydı. Oğuz Atay'a olan sevgim də ondan sonra yaranmağa başlamışdı və Tutunamayanlar əsərini oxumağ qərarını da ondan sonra almışdım. Əsərə başlamamışdan öncə əsər haqqında yazılanları oxumuşdum. Bir çox insanın əsəri sonuna qədər oxuya bilmədiyini öyrəndim. Ama yenədə oxumağda qərarlı olub başladım əsərə. Başlarda oxumağ çətin gəlmişdi, yarım buraxmağ istəmişdim. Və kitabı bağlayıb kənara qoymuşdum. Ama sonra yenidən oxuma qərarı alıb davam etdim oxumağa. Və həqiqətən də oxunmağa dəyər bir əsər olduğunu düşünürəm. Hər əsərin oxunmağçün lazım olan zamanının gəlməsi lazımdı. Bəlkədə yalnız hiss etməsəydim özümü və içimdə bir Selim olmasaydı, özümü tutunamayanlardan saymasaydım bu əsəri sonuna qədər oxuya bilməzdim. Hər sözü özənlə yazılmış və duyğulardan ibarət olan bir əsəriydi mənimçün. Yorğunluğun, yalnızlığın və tutunamamağın bu qədər gözəl ifadə olunması və hər oxuduğun cümlədə özündən bir parça tapmağ... Bir əsər ancağ bu qədər gözəl ola bilərdi. Əsər haqqında hisslərimi kənara qoyub düşüncələrimi ön plana aldığda isə, əsərdə rol alan qəhrəmanların hər biri haqqında ayrı bir əsər yazmağ mümkündü deyə düşünürəm. Çünki hər
TutunamayanlarOğuz Atay · İletişim Yayınları · 202474,9bin okunma
5/10
·255 syf.··
2021 4. kitabı
Normalda fantastik, xəyal aləminə bağlı kitabları sevən biri deyiləm. Mark Levi'nin "Bəlkə də bu həqiqətdir" kitabını da tövsiyə edildiyi üçün oxumuşdum. Kitab axıcı dillə yazılsa da, fantastik olduğu üçün ilk başda aldığıma peşman olmuşdum. Sıxıcı və sıradan gəlməyə başlamışdı. Ama bir müddət sonra marağlı olmağa başladı. Kitabın başlıca qəhrəmanı Loren olsa da, kitabda ən təsirləndiyim yer Artur'un həyatı idi. Bir çox yerlərdə bu əsər sevgi romanı kimi tanıdılsada, mənim üçün kitabın eşq romanından daha çox ana və oğul arasındakı bağların qələmə alınması idi. Və ən təsirli yeri də mənim üçün o oldu. Kitabın bizə verdiyi başlıca mesaj, hər anımızın dəyərini bilməkdi. Və kitabdan bir alıntıyla qısa olan yazımı sonlandırıram:) "Əgər həyatın 1 ilinin nə demək olduğunu anlamaq istəyirsənsə, bu sualı ilin sonunda imtahandan kəsilən tələbəyə ver. Həyatın bir ayını uşağını vaxtından öncə doğan və onu qucağına ala bilmək üçün inkubatordan çıxmasını gözləyən anadan soruş. Həyatın bir gününü bir birilə görüşəcək sevgililərdən soruş. Həyatın bir saatını liftdə qalmış klaustrofobiyadan əziyyət çəkən adamdan soruş. Həyatın bir anını maşın qəzasından salamat qurtarmış adamdan və ya bütün həyatını qızıl medal qazanmaq üçün idmanla məşğul olmuş, ancaq olimpiada yarışları zamanı gümüş medal qazanmış idmançıdan soruş." (Səhifə/234) Və birdə ən təsir edici alıntı) Bilirsən həmin günün səhəri məni nə təəccübləndirdi. Binalar hələdə əvvəlki kimi yerində idi, küçələrdə maşınlar yenə də şütüyürdü, piyadalar əvvəlki kimi addımlayırdı. Elə bil dünyamın tamamilə məhv olduğundan heç xəbərləri yox idi... (səhifə/97~98) Bu dünyada Artur'un tutunacağı tək insan olan anasını itirdiyində, dünyasının tamamən məhv olmuşluğ hissini ifadə etməsi ən təsirli yerlərindən idi kitabın... Və demək olar
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0954 okunma
Reklam