"İradə gücünüzlə mübarizə aparmayın, iş qrafikinizi onun ən fəal vaxtlarına uyğunlaşdırın."
Bəzən bir gün üçün planerə həddindən artıq tapşırıq yazıb, hələ günün yarısı bitmədən yorğun düşdüyüm hallar olub.
Yəqin ki, tək mən deyiləm bu vəziyyətlə qarşılaşan. Özümüzlə bəhsə girib, həddindən artıq iş yükünü qəbul edərək vicdanımızı rahatlatmağa çalışsaq da, əslində prosesi daha da mürəkkəbləşdiririk.
Bunun əvəzinə, düzgün prioritetlər müəyyən edib, iradə gücümüzün yüksək olduğu vaxtları ən vacib işlərə ayırsaq, günümüz daha məhsuldar keçirə bilərik.
Maraqlı bir qanunauyğunluq kəşf etdim.
Ən böyük uğurlarımı diqqətimi yalnız BİR şey üzərində cəmləyəndə qazanmışdım. Başqa şeylər diqqətimi yayındıranda nəticələr istədiyim kimi olmamışdı.
Eyni anda iki dovşanın dalınca qaçsan, heç birini tuta bilməyəcəksən.