Əliyeva Lalə

Doğrudan da, insan ən yaxşı dostunu özünün qabağında alçalmış vəziyyətdə görməyi sevir. Dostluğun böyük qismi də həqarətə əsaslanır; bu da bütün ağıllı adamlara məlum olan köhnə həqiqətdir.
Etimoloji Defteri
Mücellit Nedir ?
Bəli, bəzən ən dəlisov, ən mümkünsüz görünən bir fikir insanın beyninə elə möhkəmcə saplanır ki, axırda onun gerçəkləşəcəyinə inanırsan... Üstəlik, əgər fikir güclü, ehtiraslı arzuya bağlıdırsa, ən nəhayətdə onu qaçılmaz, labüd, öncədən müəyyən olunmuş, alnımıza yazılmış, artıq baş verməməsi mümkün olmayan bir şey kimi qəbul edirsən.
Sayfa 145·Kitabı okudu
Bəzən mənə elə gəlir ki, heç uşaqlıqdan, məktəb skamyasından belə uzaqlaşmamışam və özümü kobud məktəbli kimi aparıram.
Amma həzz həmişə faydalıdır axı və mütləq, hüdudsuz bir hakimiyyət - lap milçəyin üzərində də olsa - bir həzdir. İnsan təbiətcə qəddardır, zülmkar olmağı sevir.
Sayfa 45·Kitabı okudu
Söhbətimin ağıllı, yaxud əhəmiyyətsiz olub-olmaması mənim vecimə də deyil, onu bilirəm ki, sizin yanınızda olanda danışmaq, danışmaq, danışmaq ehtiyacı duyuram, ona görə də danışıram. Sizin yanınızda bütün qürurumu itirirəm, heç nə eynimə deyil.