Ayçin Məmmədova

Ayçin Məmmədova
@laviniiabooks
Cehaletin tek korkusu kitap okuyan kadındır. Çünkü kadın okursa çocuklarını da eğitir...
80 syf.
·
Puan vermedi
·
Beğendi
Bu kitab atası tərəfindən daim əzilmiş, danlanmış, ağır şəkildə cəzalandırılmış, sevgi yoxsulluğu ilə böyüdülmüş Kafkanın atasına məktubudur...bizim belə bu gün oxuyub rəy yaza bildiyimiz bu məktubdan, məktubu keçdim Kafkanın hislərindən atasının xəbəri belə olmayıb. Daim özünü haqlı bilib, daim mənmərkəzci olub, Kafkanı bir böcək kimi əzib, onun bacarıqsız, axmaq olduğunu düşünüb.Daddy issues ilə böyüyən bir insan necə olur bilirsiniz? Daim əskik...güclü insan bunun da öhtəsindən gəlir, amma bu Kafka kimi həssas biridirsə həyat faciə olur... oxuduqca bizə heç də yad olmayan valideyn tipi ilə qarşılaşdım: narsist:) hər kəs ana ata olmasın mümkünsə. Və oxuduqca şanslı olduğumu düşündüm, hər kiçik uğurumda məni daha da ruhlandıran ailə ilə böyüdüyüm üçün♡
Atama Məktub
Atama MəktubFranz Kafka · Qanun Nəşriyyatı · 202040,8bin okunma
Reklam
128 syf.
10/10 puan verdi
·
Beğendi
Lenni..
Daha bir kitabın sonuna gəldik. Çoxdandır oxumaq istədiyim kitab idi "Siçanlar və adamlar". Yazıçı 140 səhifəlik əsərdə bir çox probləmə toxunub, dostluq münasibətləri, irqçilik, yoxsulluq, güc, saflıq, zəka, kiçik insanların böyük xəyalları...Kitabı çox bəyəndim, çox duyğulandım. Lenni xarakterini isə lap çox sevdim.Oxumağa dəyər♡
Siçanlar və Adamlar
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 0173bin okunma
·
Puan vermedi
Lavinia... bilənlər bilir mənim üçün necə dəyərli bir sözdən daha artığı olduğunu. Mən hər kitabın bir zamanı olduğuna inanıram. Bu sabah oyandım və Özdemir Asaf oxuyacam dedim. Çünki vaxtı idi... .... Lavinia kitabındakı şeirlərdən xəbərdar idim hətta: "Bekle dedi gitti ben beklemedim, o da gelmedi, ya Ölüm gibi bi' şey oldu ama ama ama, kimse ölmedi..." -Deyə oxuyan Kaan Tangöze sevdirmişdi bu şeiri mənə. ... Özdemir Asaf deyir ki , "Benim söylemek için çırpındığım gecelerde,Siz yoktunuz..." kaş yanımda olsan da sarılsam yalnızlığına sevimli yazıçım... Kiçik bir not : Söyləmək üçün çırpındığınız gecələrdə yanınızda olmayanları əsla unutmayın. • Xoş mütaliələr ♡
Lavinia
LaviniaÖzdemir Asaf · Yapı Kredi Yayınları · 202223,4bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
254 syf.
10/10 puan verdi
·
Beğendi
Mən daha çox klassik romanları oxuyar,bu çizgimdən kənara çıxmazdım. Bu il oxuma listimə psixoloji ,kişisel gelişim tipli kitablar da əlavə etdim. Roman oxuyarkən yazıçıların xəyal dünyası məni bütün travmalarımdan,beynimdəki səslərdən,üzləşməkdən qorxduğum düşüncələrimdən, uşaqlığımdan,içimdəki məndən uzaqlaşdırar,qısa müddətli xoşbəxtlik yaşadardı. Hara kimi qaça bilərik ki gerçəklərdən? Bu kitab bütün gerçəkləri üzümə vurdu desəm daha doğru olar. İçimdə yaralı kiçik mən var,tək mənim yox çoxumuzun. O qədər yaxşı gəldi ki, o uşağı tanımaq,onu yerdən qaldırmaq,onu dinləmək. Özümü çox huzurlu hiss edirəm, bəzi səhifələrdə ağladım,bəzi səhifələrdə güldüm və nəticədə o uşağa sıkı-sıkı sarıldım♡ mütləq oxunmalıdır bu kitab,tövsiyə edirəm.
İçimizdeki Çocuk
İçimizdeki ÇocukDoğan Cüceloğlu · Remzi Kitabevi · 20177,6bin okunma
400 syf.
·
Puan vermedi
·
8 günde okudu
Və bir kitabın daha sonuna gəldik...
Kafkanı çox sevirəm. Daha əvvəl yazardan "Çevrilmə" əsərini oxuyub bəyənmişdim. Amma " Milenaya mektuplar" məni hayal kırıklığına uğratdı. Tamam sevdiyim alıntılar çox oldu. Amma o aşk dolu cümlələr evli bir qadına yazılmışdı... və aşkdan çox takıntı, saplantı kimi gəldi mənə.Məncə, bu əsər məşhur olduğu qədər mükəmməl deyil...heç əsər də deməzdim. "Eşq Mektubları" gözlentiniz yüksek olmasın yəni. Müasir dövrdə Kafka məktub kimi deyil, mesaj kimi yazsa bunları kesin spam yerdi:)
Milena'ya Mektuplar
Milena'ya MektuplarFranz Kafka · Can Yayınları · 202355bin okunma
Reklam
140 syf.
·
Puan vermedi
O qədər çətindir ki Dostoyevski kitabına rəy yazmaq... Mən bu adamın qələminə aşiqəm♡ Dostoyevski kitabları tam soyuq havalarda oxunmalıdır deyə düşünürəm, axı yazarın yaratdığı xarakterlər də soyuğu yansıdır... "Yeraltından notlar" əsəri elə indi bitirdim. Kitab yeraltı və notlar adlı iki hissədən ibarətdir. Kitabı oxuduqda hər səhifəsində " aaaa eyni mənn " dedim. Yeraltı insanı olmaq həmin qürurda, dengesizlikde, bencillikde, egoizmde olmaq qürur duyulası bir şey deyil əlbəttə. Kitab bir ayna oldu mənə. Özüm də fərqində olmadan necə səhvlər etmişəm dedim. Çox sevdim bu kitabı çox. Ən çox sevdiyim isə Ikinci hissədəki Liza xarakteri oldu. Liza bədəniylə bərabər, ruhunu da pula satmış biri idi... əlbəttə ailəsi onu satmışdi desək daha doğru olar:) Mütləq oxunmalı, dərs çıxarılmalı♡
Yeraltından Notlar
Yeraltından NotlarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2020129,3bin okunma
266 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Sən necə möhtəşəm kitab idin belə... Ən son nə vaxt içdən dua etdiniz, nə isə dilədiniz? Tövsiyəm budur ki, istəklərimizdə diqqətli olaq, bu kitab mənə ilk olaraq bunu öyrətdi:) Portretdəki Dorianın yaşlanmasını, özünü həmişə gənc, gözəl qalmasını diləmişdi qəhrəmanımız. Istədiyi olur, amma bu onun xoşbəxtliyi yox, kabusu olur. Sonluq mənə saatlarla boş-boş divar izlətdi... Səni heç unutmayacam Dorıan Gray♡Mənim sevimli kitabımın qəhrəmanı olaraq, elə sənin də istədiyin kimi həmişə gənc və gözəl qalacaqsan yaddaşımda....
Dorian Gray’in Portresi
Dorian Gray’in PortresiOscar Wilde · Karbon Kitaplar Yayınları · 201973,8bin okunma
160 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"Bütün dünyadan küsdüyüm,hər şeyə inamımın sarsıldığı bir vaxtda gəldin..." Bu cümlə ilə başladı Serpantin macərası...Sən nə gözəl kitab idin belə.. • Leyla,Çingiz müəllim,gəncəlilər ,öz yonduğu heykələ aşiq olan Piqmalion,Allah babası tərəfindən ulduzun içində dünyaya göndərildiyini düşünən Anaki,Şuşa sevgisi ilə məni heyran edən Natəvan nənə daha nələr... nələr...var bu kitabda.... Oxuduqda sıxılmaq,bitirdikdə xarakterlər üçün darıxmamaq imkansızdı...müəllifdən oxuduğum üçüncü kitab idi Serpantin. Kitabda yazıçı Pərvinin son illərdə qələmə aldığı hekayələri və "Mən öləndə ağlama" monopyesi yer alıb.Kitabı bitirdikdən sonra məşhur "Mən öləndə ağlama" tamşasını izlədim.Leyla obrazını Səbinə Məmmədova böyük ustalıqla canlandırıb...izləməyə və oxumağa dəyər...
Serpantin
SerpantinPərvin Nuraliyeva · Qanun Nəşriyyat · 20204 okunma
144 syf.
10/10 puan verdi
·
12 günde okudu
On qadın,on tale,sevgilər...
Və bir kitabın daha sonuna gəldik.Müəllifdən oxuduğum ikinci kitab idi. Birinci kitab Rus ədəbiyyatından bəhs edirdisə bu kitabda biz bir-birindən fərqli həyat hekayələri olan 10 qadınla tanış oluruq.Düzdür,Ledi Diana və Frida Kahlo əvvəldən heyranı olduğum qadınlar idi,amma Pərvin Nurəliyevanın qələmi ilə onları daha çox sevdim,daha yaxşı anladım.Bu kitabı hər qadın,həmçinin qarşı cins oxumalıdır. Çox şey qazanacağınızdan əminəm. Kitabların ön sözünü oxumağı qəti sevmirəm.Bu kitabda hər bölməni bitirdikdə Azərbaycan qadınına rast gəlməyə ümidləndim. Ön sözü oxuduqda isə hər şey aydın oldu.Kitabın davamı gələcək, "Bizim qadınlar" adlandırılacaq həmin o,ikinci hissə Azərbaycan qadınlarına həsr olunacaq. Səbrsizliklə gözləyirəm...
Qadın Olmaq
Qadın OlmaqPərvin Nuraliyeva · Qanun Nəşriyyatı · 02 okunma
171 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Bu tədris ilində tələbəlik həyatımıza mükəmməl bir müəllim daxil oldu. Elə bir müəllim ki,tələbəyə dost,insan ən əsası isə şəxsiyyət kimi yanaşır,onun dərdi ilə maraqlanır,dərsini sevərək ,sevdirərək tədris edir. Keçək bu ideal müəllimin yeni nəşr olunmuş kitabına " Vəziyyət Ruscadır" . Pərvin Nurəliyevanın tələbələrinə hədiyyəsi idi bu kitab...beləcə tanış oldum "Pərvin" yaradıcılığı ilə ... • Kitab müxtəlif bölmələrdən ibarətdir,bir ədəbiyyatşünas tərəfindən yazıldığı elə ilk səhifələrdən hiss olunur.Ən sevdiyim bölmə ən sevdiyim əsərlərdən biri haqqında idi . " Anna kimi" adlanır həmin hissə və Tolstoyun Anna Karenina'sından bəhs edir müəllif burada. Kitab insana dünya ədəbiyyatını sevdirir,bilmədiyimiz bir çox faktı bizə çatdırır ən əsası isə oxuyub sevdiyimiz məşhur rus romanlarını Pərvin müəllimin təhlili ilə daha çox sevirik. Kitabı oxuduqda sanki,müəlliflə söhbət edirmiş kimi hiss etdim.Pərvin Nurəliyevanın Puşkin sevgisi də nəzərimdən qaçmadı. • Məlalə mənəm kitabından bir alıntı mənə həmişə Pərvin müəllimi xatırladacaq " Bir uşaq,bir müəllim,bir kitab və bir qələm dünyanı dəyişdirə bilər" Dünyamızı dəyişdirdiyiniz üçün təşəkkürlər
Pərvin Nuraliyeva
Pərvin Nuraliyeva
Vəziyyət Ruscadır
Vəziyyət Ruscadır
Vəziyyət Ruscadır
Vəziyyət RuscadırPərvin Nuraliyeva · 04 okunma
Reklam
74 syf.
9/10 puan verdi
·
10 günde okudu
Böcəkləri artıq öldürmək yox Gregor Samsa ola bilir(( •
Kafkanın bu hekayəsi kimiləri üçün maraqsız,sıxıcı olsa da anlaya bilənə çox maraqlıdır.Kafka 74 səhifədə satiradan o qədər məharətlə istifadə edib ki,bu da onun necə gözəl yazar olduğundan xəbər verir. • Gregor Samsa bir seher oyandığda böcəyə çevrildiyini görür,əsər də məhz bu səhnədən başlayır. Bu kitab Azərbaycan dilinə də "Çevrilmə" adı ilə tərcümə olunub . • "Dönüşüm" kəskin satirası və insanları ümidsizliyə sürüklədiyi səbəb göstərilərək bir vaxtların qadağan olunmuş kitabıdır.Oxumağa dəyər.
Dönüşüm
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022224,1bin okunma
900 syf.
·
Puan vermedi
·
Beğendi
·
62 günde okudu
Anlayaraq oxumağa çalışdığım üçün 2aydan çox çəkdi bitirmək,amma dəydi...sırada başqa tərcümələrini oxumaq var...♡ • Ha birdə Kitabxanası olan və çox oxuyan kəsdən qorxmayın. O kəsdən qorxun ki, tək bir kitabı var, onu müqəddəs sayır və onu da heç vaxt oxumayıb:) • Ən qorxulusu isə odur ki,həyatlarını ilk əmri "oxu" olan kitabı oxumadan ondan bundan eşitdiklərini müdafiə edib,ağız dolusu danışmaqla keçirirlər:) Bu etdikləri isə kütlə psixilogiyasından başqa bir şey deyil...
Qurani Kərim və Azərbaycan Dilində Mənaca Tərcüməsi
Qurani Kərim və Azərbaycan Dilində Mənaca TərcüməsiƏlixan Musayev · Burhan Yayınevi · 201428 okunma
392 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Daha əvvəl oxuyub çox sevdiyim bir kitab Martin İden♡
• Roman Martin İdenin təsadüf nəticəsində bir oğlanı davadan xilas etməsi ilə başlayır.Arturu davadan xilas edən Martin ,Morzlar ailəsinə dəvət alır.Kasıb təbəqə nümayəndəsi olan Martin və burjua ailəsinin qızı olan Rufun tanışlığı da beləcə başlayır. • Ruf Filologiya fakültəsində oxuyur,Martin isə bu sözün mənasını belə bilmir...Burda bəlli olur ki,onlar arasındakı fərq təkcə maddi deyil...təhsil cəhətdən də bir-birinə ziddir bu iki gənc... • "Sonluğu heç cür qəbul edə bilmədiyin bir kitab hansıdır ?" deyə soruşulduqda,verəcəyim cavab məhz-Martin İden olub və olacaq... Bu qədər əzmli,iradəli,güclü xarakter olan birinin sonda intihar edəcəyi kimin ağlına gələr ...
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201792,1bin okunma
400 syf.
9/10 puan verdi
·
Beğendi
Çox sevərək oxuduğum 400 səhifəlik,axıcı bir psixoloji kitab♡ • Yəqin ki,hamımız camdakı kız,kırmızı oda,masumlar apartmanı adlı dizileri eşitmişik və ya izləmişik.Onlar məhz Gülseren Budayıcıoğlunun kitabları əsəsında ekranlaşdırılıb...Kitab oxumaq dizi izləməkdən daha maraqlı olduğu kimi,kitabdakı fərqliliklər də diqqətimdən qaçmadı.Təbii olaraq,kitabı daha çox sevdim... • Bu kitabında da Külkədisinin bir prensese necə döndüyünün şahidi oluruq.Ala çətin uşaqlıq keçirmiş,ailəsi və ətrafı tərəfindən heç sevilməmiş,döyülmüş, çox zəki bir o qədər də çirkin bir qızdı.Hüquq fakültəsini bitirib,vəkil olaraq işləyir,kitab oxumağı çox sevir.Amma ruhən heç bu qədər başarılı deyil...Bu kitabı oxuyan hərkəsin Alada özündən bir parça tapacağından əminəm.Çətin uşaqlıq keçirməmiş ola bilərəm,amma bilmədiyim bir səbəbdən bu qızı özümə çox yaxın hiss etdim...Bəlkə də uşaqlıqdan bu yana araşdırdığım,çox adamın sevmədiyi Hitleri onun da sevməsi idi bu səbəb:) • Kitabı 10 puanla qiymətləndirə bilərdim,amma zahiri gözəllik anlayışının ikidə birdə vurğulanması,ön plana çəkilməsini heç sevmədim özəlliklə bu tip psixoloji kitabında... yenə də mütləq oxunmalıdır♡
Hayata Dön
Hayata DönGülseren Budayıcıoğlu · Remzi Kitabevi · 202011,9bin okunma
448 syf.
1/10 puan verdi
Əslində uzun-uzun yazmaq istərdim fikirlərimi,amma yetərincə vaxt itirdiyimi düşünürəm:) • Kitab lap mənasız olsa belə,sizdə oxuma sürətini artırır.Ona görə oxuyun...bacardıqca çox oxuyun ~(Qaraqan-Birinci addım)♡ • Bu kitab mənə bu cümləni xatırlatdı,bitirmə səbəbim də bu oldu:)
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,386 okunma
290 syf.
8/10 puan verdi
·
18 günde okudu
Bir kitabın daha sonuna gəldik:)əvvəl çox ağır irəlləsə də sonlara doğru daha axıcı və maraqlı oldu.Əsərin məzmununa nəsər salsaq : Saf, masum qızımız Jannanın uğursuz evlilikdən Pol adlı bir oğlu dünyaya gəlir.ərinin sevgisizliyinə,xəyanətlərinə oğlu ilə təsəlli tapan Janna,onu canından belə çox sevir.Oğlu isə əxlaqsız bir qadınla xarice gedib 7 il anasını görməyə belə gəlmir .Borca girib anasına yalnız o vaxt məktub yazıb pul istəyir.Ən nifrət etdiyim övlad xarakteri olaraq yaddaşımda əbədi qalacan Pol... Əsərdən çıxarılacaq ən böyük dərs isə budur ki,bir insanın gələcəkdə necə biri olmasında genlər yox,necə böyüdülməsi əsas rol oynayır.Jülyen Jannanı qulluqcu qızla aldatmış və ondan da bir oğlu olmuşdu... biz əsərin finalında Jülyenin bir qulluqcu tərəfindən böyüdülən oğlunun daha xeyirli övlad olduğunu görürük...
Bir Hayat
Bir HayatGuy de Maupassant · Oğlak Yayınları · 2004207 okunma
Reklam
214 syf.
9/10 puan verdi
·
4 günde okudu
3 Addım trilogiyasının son kitabı həmçinin Qaraqandan oxuduğum sonuncu kitab...Çünki üçüncü addımı bitirməklə bütün kitablarını oxumuş oldum...Elxan Zeynallı(Qaraqan) ilk olaraq musiqi sahəsində heyran oldum,daha sonra Mələk romanından başlayaraq bütün kitablarını bitirdim...Yazardan oxuduğum ilk kitabı sevmədikdə o yazarın kitablarına birdə şans vermirəm.Qaraqanın kitablarına ikinci addımla başlasam eynisi olacaqdı.Oxuduğun 9 kitabdan ikinci addım qəliz və təhlükəli gəldi...Amma bu Elxan Zeynallı fəlsəfəsinə,düşüncə tərzinə qarşı fikrimi dəyişmədi.O mənim üçün hər zaman mükəmməl olaraq qalacaq...♡keçək üçüncü addıma: Üçüncü addım elmi faktlarla zəngin bir kitab idi.Amma hərkəsin anlaması üçün sadə dildə yazılıb sıxılmadan rahatlıqla oxumaq olur.Həmişə Qaraqan niyə getdi deyə sual verərdim amma artıq bu sualın cavabı bəllidi... Üçüncü addımın sonlarında belə bir cümlə var " Ümid edirəm ki,məni sancmağa çalışmayacaqsınız.Amma bu 8 ildə o qədər sancmısınız ki,artıq sizin zəhərinizə belə immunitetim formalaşıb" və düşündüm ki, nə yaşatdılar bu adama bu cümləni deyəcək....Sən demə hər kitabı oxuculara çatdıqdan sonra mason,kafir,düşmən deyərək hücum edirlərmiş sosial şəbəkələrdən və real həyatda...Reallığa qalsa bizim ölkə Qaraqan kimi mükəmməl birini hak etmədi...!
Üçüncü Addım
Üçüncü AddımQaraqan · Qanun Nəşriyyat · 2016505 okunma
56 syf.
·
Puan vermedi
·
Beğendi
"Mutlu Prens" "Bülbül ve gül" "Bencil dev" "fedakar arkadaş" "Pek seçkin bir roket" adlı 5 hekayədən ibarət olan bu kitab adını ilk hekayədən götürüb.Mənim ən çox sevdiyim və duyğunlandığım hekayə isə "Bencil Dev" hekayəsi oldu.Axıcı, tez oxunan, həcmcə kiçik, maraqlı bir kitab idi...verdiyi mesajlar isə tək kəlməylə mükəmməl.Kitab rəfimdə və həyatımda çox önəmli yer tutdu...Mütləq oxunmalı♡
Mutlu Prens
Mutlu PrensOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202223,3bin okunma
306 syf.
·
Puan vermedi
·
32 günde okudu
-Yeni dünyanı görməyə hazırsan?Gəl gedək... Bu cümlə ilə Qaraqanın "ikinci addım" kitabını bitirdim.3addım Trilogiyasının ikinci kitabı.bu kitab qadağan olunmalıdı çünki, Qaraqanın da dediyi kimi,bizim ölkənin əksər oxucusu izlədiyi filmlər kimi oxuduğu kitablardan da mənfi yöndə etkilənir.Kitaba başlayan müsəlmanların əksəriyyəti kitabı ateist olaraq bitirir.Amma bu sadecə dini inancı zəif olan insanlara aiddir... Kitabı çox çətinliklə oxuyub bitirdim bu kitabın axıcı olmaması ilə əlaqəli deyil...sadecə bəzi məlumatlara hazır olmadıģımı hiss edirdim və sonunda bitdi.Kitab dinlərdən,ufolardan,qədim inanclardan bəhs edir.Dini müzakirələri sevməyən biri olaraq kitabın bəzi yerlərində kitabı ikiyə bölmək istəyi gəldi:)3-cü addımı da bitirdikdən sonra ümumi fikrimi paylaşacam.Ha birdə bu kitab dini inancıma təsir etdimi?Əlbəttə ki, xeyr.Çünki,mənim Allaha olan inancım insanlara və onların dediklərinə,yazdıqlarına olan inamımdan daha güclüdür!♡
İkinci Addım
İkinci AddımQaraqan · Zero Nəşriyyat · 2014759 okunma
112 syf.
10/10 puan verdi
Küçük Prens...Səni 19 yaşımda tanımanın hüznümü desəm...gecdə olsa tanımanın sevincimi desəm biləmədim... İndiyə kimi niyə oxumamışam dedirdən bir kitab oldun.Uşaq klassiki olduğu düşünülsə də hərkəsin oxumalı olduğu,hər yaş dövrünə xitab edən bir kitabdır küçük prens... Uşaqlar böyüklərin,böyüklər isə uşaqların dünyasına,xəyal aləminə səyahət edir bu kitabla... ♡ Altın saçlı çocuk seni hiç unutmayacağım...
Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Can Çocuk Yayınları · 2015236,3bin okunma
855 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 günde okudu
Tolstoy-Anna Karenina
Tolstoy sən bir dahisin:) 855 səhifədə din,siyasət,xoşbəxt və bədbəxt ailələr,bu bədbəxtliyin səbəbi və daha nələr var...Bitdi deyə pis olduğum nadir əsərlərdən biri olan möhtəşəm bir əsər qoydun bizlərə...Bir sıra yazarlar tərəfindən ölmədən əvvəl mütləq oxunacaq əsərlər sırasına daxil edilib "Anna Karenina".Oxuduqda zatən bunun səbəbi aydın olur:) Əsərin yazılmasıyla bağlı belə bir maraqlı rəvayət də var.Belə ki,əsəri yazmaq üçün otağına çəkilən yazarımız xidmətçisinə tapşırır ki,onu narahat etməsin yeməyi qapının ağzına qoyub getsin.Bir axşam xidmətçi yenidən yemək gətirdikdə səhər və nahar yeməyinin qoyduğu kimi qapının ağzında olduğunu görür.Yazarın başına bir iş gəldiyindən qorxub qapını döyür.içəri girməyə cəsarət etmir.Amma qapını açan səs verən olmur.Xidmətçi qaçaraq yazarın qohumlarına xəbər verir.Onlar tələsik gəlib qapını açıb içəri girdikdə görürlər ki,Tolstoy yerə uzanıb,saatlarca yemədən içmədən halsız halda ağlayır.Qohumları nə oldu?dedikdə Tolstoy başını yerdən qaldıraraq ağlayaraq deyir ki,Anna Karenina öldü... Bəli... Tolstoy əsərini hiss edərək yazır,obrazlara bağlanır, Annası öldüyü üçün ağlayır.Eynisi əsəri oxuyanlarda da müşahidə olunur:)
Anna Karenina
Anna KareninaLev Tolstoy · Alfa Yayınları · 200239,7bin okunma
222 syf.
9/10 puan verdi
·
9 günde okudu
Sabahattin Ali çox sevdiyim türk yazıçıdır.Qısa,42 illik ömürünə möhtəşəm əsərlər sığdırıb.Onun ilk romanı məhz "Kuyucaklı Yusuf" romanıdır.Romanın ilk cümləsi çox diqqətimi çəkdi."1903 senesi sonbaharında ve yağmurlu bir gecede Aydın'ın Nazilli kazasına yakın Kuyucak köyünü eşkiyalar bastılar ve bir karı kocayı öldürdüler" çox qorxu və maraq yaratdı tez oxuyub bitirmək sonun necə olacağını bilmək hissi yarandı.Bundan sonra onların övladları Yusuf'u oğlan övladı olmayan kaymakam Salahattin bey evladıq götürür və bundan sonra Yusufun özünû aid hiss etmediyi tamamen yad olan bir həyatı başlayır.Sonluğu hec bele gözlemirdim kederlendirici ve gözlenilmez sonluğu var.oxumağa dəyər.
Kuyucaklı Yusuf
Kuyucaklı YusufSabahattin Ali · Yapı Kredi Yayınları · 2021175,2bin okunma
Reklam
320 syf.
8/10 puan verdi
·
13 günde okudu
Jhon Green "Aynı yıldızın altında" Heç ta uşaq yaşda xərçəng xəstəliyinə tutulmuş insanların qısa həyatları boyunca nə çəkdiklərini düşündünüzmü?metroda ,avtobusda üzündə nəfəs aparatı bağlı olan biri görəndə nəfəs almağın,ayağını bu xəstəlikdən itirmiş bir gənc görəndə....iki ayağa sahib olmanının necə böyük şans olduğunu düşündüzmü? Nə qədər şükür etsək də azdı saçını bu ay boyatdıra bilmədiyi üçün ailəsinə əsəbləşən bir qız düşündümü heç yaşadığı ölkədə milyonlarla qadın bu xəstəlikdən saçını itirir?O uşaqların valideynləri hər gün övladının çöküşünü izləyir ən az onlar qədər canları yanır.Biz xərçəngin ölümlə nəticələndiyini bilirik amma tək faciə ölüm deyil...kənardakı insanlar tərəfindən əl bombası kimi davranılan ictimai yerlərdə bəzilərinin acıyaraq bəzilərinin rişxəndlə baxdığı birinə çevrilirsiniz...bu kitab o xəstəliyin bizim bildiyimizdən çox daha ciddi bir şey olduğunu göstərdi.Göz yaşlarıyla oxudum əksər sətrləri... o sətrlər həyatın necə acımasız olduğunu,hələ 16 yaşlı uşaqların bu ağır xəstəlikdən ölümü,gələcəyini bildiyimiz bir qonağı gözlərcəsinə gözlədiyini,çarəsiz valideynlərin çəkdiklərini göstərdi. Roman 16 yaşında xərçəng xəstəliyindən əziyət çəkən Hazel adlı qızın diliylə bizə çatdırılır.Dəstək qrupunda onunla eyni xəstəliyi daşıyan Agustus ilə tanış olur və onların qısa müddətli hekayəsi beləcə başlayır. çox təsirli bir romandır eyni adlı filmi də var.filmi izləməzdən əvvəl kitabı oxusanız daha axıcı davam edər .
Aynı Yıldızın Altında
Aynı Yıldızın AltındaJohn Green · Pegasus Yayınları · 201723,3bin okunma
256 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Qaraqan-"Birinci addım" "Üç addım" trilogiyasın ilk kitabı olan "birinci addım" Qaraqanın öz dilindən danışılır və romanı oxuduqca sanki yazıçı ilə söhbət edirmiş kimi bir hiss yaranır.Ən sevdiyim məqam isə Qaraqan özü haqqında yazarkən "kitablarımda seriyallara bənzər məhəbbət mövzusu yazmıram" ifadəsi idi...həqiqətən də elədir,budur Elxan Zeynallı fərqi.Əsər çox maraqlı faktlarla,milyonerlərin uğur hekayələri ilə çox axıcı və möhtəşəmdir.Bu romanda üç suala "Biz kimik?bura niyə gəlmişik ?hara gedirik? " suallarına cavab axtarılır.Azərbaycan cəmiyyətində uğur qazanmış insanların hekayələri əsərin əsasını təşkil edir.Qaraqan beş anonim milyonçunun uğur hekayələrini biz oxuculara çatdırır.Heç olmadığın biri olmaq üçün heç etmədiyin bir işi etməlisən.Roman çox gözəl həyat dərsi verir və oxucunun həyatında,düşücəsində dəyişim başlanğıcı olur.Bu əsəri oxuduqdan sonra həyatı sorğulmamaq imkansızdır.Hər birimiz Qaraqan yaradıcıllığı ilə tanış olmalı romanlarından heç olmaya "üç addım" trilogiyasını oxumalıyıq...Necə ki,mənim düşüncəmə təsir etdi Elxan Zeynallının fərqli fikirləri eləcə də sizin həyatınızda müsbət mənada dəyişim yaradacağından əminəm...
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013935 okunma
586 syf.
10/10 puan verdi
·
8 günde okudu
Qaraqan-Şeytanın kitabı Qaraqandan oxuduğum hər əsər həyata,insanlara,dünyaya baxışımda müsbət cəhətdən dəyişiklik yaradır.Din xadimləri tərəfində tez-tez tənqidlərə məruz qalır,H.O.S.T qrupu mənfi enerji yaymaqda,Qaraqan ateistlikdə günahlandırılırdı.Qaraqan əsərlərini oxuyanlar və rep'lərini dinləyənlər bu fikrin yanlış olduğunu bilir.
Şeytanın Kitabı
Şeytanın KitabıQaraqan · 2020536 okunma
109 syf.
8/10 puan verdi
·
29 saatte okudu
"Yenə Qaraqan yenə möhtəşəm bir əsər ,amma doğrusu digər romanları qədər sevə bilmədim" "Bir milyon dollarım olsaydı" yəqin hərkəs bu haqda bir dəfə də olsun düşünüb.Hərənin bir arzusu bir istəyi var...pul hər şey olmasa belə çox şeydi.pul insanı xoşbəxt də edər bədbəxt də...Bu roman haqqındakı fikirlərim tez-tez dəyişdi bəzən
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,151 okunma
351 syf.
5/10 puan verdi
·
5 günde okudu
"Sonuncu ölən ümidlərdir" Varis yaradıcılığından oxuduğum ilk kitab.Bu kitab yazıçının ilk kitabıdır mövzusu real həyatdan götürülüb və bu fakt məni çox kədərləndirdi...Romandan gözləntim böyük idi ,amma "vauu" dediyim bir roman olmadı doğrusu...romandakı həyatlara baxaraq dərs çıxarmaq,nailənin etdiklərini etməmək
Sonuncu Ölən Ümidlərdir
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,017 okunma
376 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
♡Art və Xaos♡ Mükəmməl yazıçının mükəmməl bir romanı daha... Qaraqan(Elxan Zeynallı) yaradıcılığının sonuncu romanı olan "Art və Xaos".Roman axıcılığı gözəl,maraqlı süjeti ilə insanı valeh edir.Kitaba başladıqda oxumağı dayandırmaq istəmir,fasiləsiz şəkildə davam etmək istəyirsən.Qaraqan romanlarının ən sevdiyim cəhəti odur ki,romanda təsvir olunan sevgi şablonlaşmış bir anlayış ifadə etmir.Hər dəfəsində fərqli,görməyə,oxumağa öyrəşdiyimizin əksinə daha maraqlı bəzən isə imkansız sevgi təsvirlərinə romanlarında yer verib.Kitab öz içində təkrara yol vermir və məncə, bu romanda yazıçı "Qaraqan niyə getdi?" tipli suallara yetərincə cavab vermişdir.Kitabda Eyden(Aydın) adlı keçmiş SSRİ-nin tərkibində olan bir şərq ölkəsindən New-York'a gəlmiş musiqiçi gəncin başına gələn qəribə bir əhvalatdan bəhs olunur.Bu mükəmməl romanı hərkəs oxumalıdır . Əsərdə sevmədiyim bir cəhət isə bəzi səhnələrin dərinliklərinə kimi gedib həddindən artıq incəlikləri ilə təsvir olunmasıdır.Nəzərə alsaq ki,Qaraqan romanları ən çox satılan və hər yaş dövrünün sevərək oxuduğu romanlardı bəzi məqamların həddindən artıq açıq və geniş təsvirinə gərək yox idi.Əsərin sonunun yarımçıq olduğunu düşünənlər var.Xeyr roman lazım olduğu yerdə bitdi Qaraqan yenə də,sonluğu bizim düşüncəmizə buraxdı.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019663 okunma
Reklam
255 syf.
10/10 puan verdi
·
Beğendi
·
29 saatte okudu
Marc Levy-Bəlkə də bu, həqiqətdir Marc Levy Fransanın məşhur yazıçılarından biridir.Onun kitablarını tövsiyə edənlər çox olmuşdu. Yazıçının "Bəlkə də bu,həqiqətdir"romanı onun ilk əsəridir və yazıçının ilk olaraq məhz bu romanını oxumaq istədim.Dünən axşam başladığım romanı, bu gün bitirdim.Sevgi romanlarını oxumağı çox sevməsəm, əsasən
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0737 okunma
268 syf.
9/10 puan verdi
·
Beğendi
·
36 saatte okudu
Qaraqan (Elxan Zeynallı) bu şəxs həm yazıçı,həm musiqiçi həm də insan olaraq mükəmməl biridir.İllər əvvəl yazılan romanları dövrün oxucları tərəfindən maraqla oxunur.Qaraqan romanlarının ən maraqlı cəhəti odur ki,əsərlərini oxuyub bitirdikdən sonra romandakı xarakterlər üçün darıxmağa başlayırsan bu hissi oxucuda yaratmaq isə yazıçının peşəkarlığından xəbər verir.Qaraqan yaradıcılığından oxuduğum 3cü roman -"Evakuasiya".Tək kəlimə ilə ifadə etsəm "mükəmməl" deyərdim .Bir romanda tarix,sevgi,fantastika,reallıq,qorxu,masonluq,dini biliklər ancaq bu qədər gözəl bir arada təsvir oluna bilərdi.İllər öncə yazılmasına baxmayaraq ölkəmizdəki müasir problemlərin əsərdə öz əksini tapması,çox maraqlı məqamlardandır.Qaraqanının digər əsərləri kimi bu əsər də axıcılığı ilə seçilir başladıqdan sonra fasiləsiz oxumaq istəyi yaranır .Əsərdə sevmədiyim məqam tarixi faktların gərəksiz geniş şəkildə təsvir olunmasıdır.Nedin nitqində verilən o informasiyaları qavramağa Fidan kimi mənim də gücüm çatmadı))Masonluğun tarixi,xristianlıq,tampiliyerlər,assasinlər, kaballa ,Napoleon və s. haqqındakı tarixi qəliz,geniş məlumatlar mənə çox yorucu gəldi.
Evakuasiya
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20191,134 okunma