Adinaton

Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Puan vermedi·240 syf.·
2020 62. kitabı
* Spoiler * Bu kitab məncə, kiməsə aşiq olan, bu duyğunu dadan insanlara çox təsir edir. Onlar qəlbində xüsüsi yer tutur. Çünki, onlar, o hissi yaşayıb o düşüncələrdən xəbərdardırlar. Bəlkə də söhbət aşiq olmağı da üstələyir, daha dərindir. Aşiq olduğun, sevdiyin şəxsə qovuşa bilməməkdən doğan hissdir bu kitabı oxucularına yaxın, doğma hiss etdirən. Bəlkə də sonrakı peşmançılıdan doğan hisslər. Hər üçü də ola bilər, istənilən halda işin içində məhəbbətin olduğundan əminəm. (İş deyərkən nəzərdə tutduğum oxucularının rəğbətini qazanma səbəbi) Mən bu kitabı bitirdikdən sonra düşünürdüm ki, niyə Raif geri qayıtmadı, araşdırıb baxmadı ki, sevdiyi qadına nə olub?! Öz düşüncələrini həqiqət kimi qəbul edərək, əslində qıza (adı yadımdan çıxıb, keçən il oxumuşdum) nə olduğunu araşdırıb baxmadı. Hətta, mən də belə bir düşüncənin formalaşdığını xatırlayıram, Raifə ən çox əzab verən şey sevdiyi qızdan boş-boşuna ayrı qalması yox, onu boşuna günahlandırmasıdır. Mənim həyatımda isə bu kitab xüsusi bir yer tutmur. Bəlkə də mən aşiq olandan sonra bu kitabı yenidən oxusam, mən də tamam başqa hisslər keçirəcəm, mən də valeh olacam, amma indi yox. İndi yalnızca Raifə qarşı acıqlıyam ki, Niyə qayıtmadı qızın dalınca. Kitab haqqında nə düşündüyümün bu qədərini xatırlayıram.
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2026376,5bin okunma
Ancaq məlum bir həqiqətdir ki, əlində olan maddi nemətlərdən ağılla istifadə etməyib, onu havaya sovurmaq insanı ən böyük müsibətlərə aparıb çıxarır.
Doğrudan da, çox faydalı olardı ki, bizim hər birimiz özümüzün indiki vəziyyətimizi bundan daha pis olan başqa vəziyyətlə müqayisə edək və yadımızda saxlayaq ki, tale hər dəqiqə öz gərdişini dəyişib əvvəllər nə qədər xoşbəxt olduğumuzu lap əyani surətdə bizə göstərə bilər!
Mən sizi sonra yenidən məhv etmək üçün xilas etməmişəm ki?