Burda olmağımın səbəbi oxuduğum kitablardan qeydləri qalıcı hala gətirmək, hədəflərimi sistemli şəkildə izləyə bilmək, auraya qapılıb özümdə kitab oxumağa həvəs yaratmaqdır.
Mən, Aydan
Röya Mirzəli "Sürətləndikcə kiçilirəm" əsərindən sonra sistemli heç bir kitab oxuya bilməmişəm. Bu kitaba başlayanda da yarılayıb rəfə qoyacağım kitab şərəfinə layiq görülürdü, artıq bir aya yaxın idi ki 15-ci səhifəyə neçənci dəfəsə gəlişimdə "Aydan, STOP!" dedim.
Evdə və universitetdə kitab oxumağa çətinlik çəkirəm; evdə səs-küydən qaçacağım özüməxas məkanım yoxdur, universitetdə isə dostlarımla bu çox mümkün olmurdu.
Metroda açdığım kitabın hər səhifəsini başdan sona süzərək binanın qabağında olduğumun fərqinə vardım və bununla da yenə bir şey kəşf etmişdim. Röyanın söhbətində mənə mümkünsüz gələn şey. Yolda, gəzərək oxumaq. Axı niyə də yox? Telefonla yol boyunca irəliləmək olur da, kitabla yox? Əsl insanların içərisində təcriddir.
Bunu xatirə olaraq saxlayacam.
Amma məni incələmə hissəsini açmağa bu xatirəm yox, məndə yaranan hisslər və düşüncələr oldu. "Ağıl xəstəliyi" olan insanlarla ünsiyyətin maraqlı olduğu kimi əsər olaraq da baş qəhrəmanı yol yoldaşı etmək də bir o qədər cəlbedicidir.
Hələ kitabın 67-ci səhifəsindəyəm. Mütləq əsər haqqında son incələmə yazacam. Çünki bu mənə daha çox ləzzətli gələcək!
Gülə-gülə! Mən Necə İdiot Oldum