Bioqrafiya yazarı, araşdırmaçı və publisist olan Stefan Zweig 28 noyabr 1881-ci ildə Vyanada doğulur. I Dünya Müharibəsində könüllü olaraq Vyanada müharibə qərargahında "Müharibə Arxivində" məmur işləyir. Müharibədən sonra Avstriyaya qayıdaraq Zalsburqa yerləşir və 1920-ci ildə Frederike Von Winternit ilə evlənir. Yazıçı Zalsburqda təqribən 20 il yaşayır. Zweig 1937-ci ildə arvadı Frederikedən ayrılır. Bir il sonra Portuqaliyaya yanında Lotte Altman adlı bir qadınla gedir və 1939-cu ildə isə Lotte ilə evlənir. Müharibəyə və Avropanın içərisində olduğu böhrana dözməyərək 1942-ci ildə Braziliyada arvadıyla birlikdə intihar edir.1933-cü ildə Nasistlərin yandırmağa başladıqları kitablar arasında yəhudi mənşəli Zweigin əsərləri də yer alırdı.