Təxəyyülündə xaos vardı. Fəlsəfəsi heç kimin oxumayacağı xırda və ya iri səhifələrin içinə həbs edilirdi. Ona mikroskop vermək, elmi düşüncəsini inkişaf etdirmək, ulduzları müşahidə etməsinə şərait yaratmaq lazım idi. Zəkasını tənhalıq və azadlıq formalaşdırmışdı.
Gün kimi aydındır ki, hətta XIX əsrdə belə sənətçi olmaq istəyən qadına heç kəs dəstək göstərməyib. Əvəzində döyülüb, söyülüb, həqir sayılıb, nəsihətlə eşidib. Bunlarla mübarizə aparmaq ehtiyacı qadını əldən salıb, yorub, gücünü əlindən alıb.
Şübhəsiz, o dövrdə "sən bunu edə bilməzsən, sən bunu etməkdə acizsən" tipli iddialar yayılmışdı. Qızlar da bu iddialara qarşı üsyan etmək, onlarla savaşmaq məcburiyyətində idilər.