Kitabda toxunulan nüansların hələ də günümüzdə problem olması faktı sadəcə dəhşətdir. Kitab yazılıb 1928-ci ildə, amma illər keçsə də, bir çox ölkədə qadın hüquqlarının heçə sayıldığı və onların ayrı-seçkiliyə məruz qaldığı bir gerçəkdir. Hamının oxumalı olduğu bir kitabdır, məncə.
Şəxsi Bir OtaqVirginia Woolf · Teas Press Nəşriyyatı · 048,1bin okunma
Sabahattin Ali insanları və onların təbiətini çox gözəl yansıdır kitablarında, bu kitabda da həmçinin. Kitabı oxuduqca və düşündükcə "həqiqətən də hər şey belədir" deyirdim. Məncə hər kəs ən az bir dəfə mütləq bu kitabı oxumalıdır. Əminəm ki, oxuduqca da özlərini görəcəklər kitabda, çünki cəmiyyət və sosial problemlər ciddi şəkildə tənqid olunur, bu da oxucunu düşünməyə məcbur edir.
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019208,6bin okunma
Xalid Hüseyninin 3 kitabını oxuduqdan sonra əminliklə deyə bilərəm ki, ən qarışıq və geniş kitabı budur. Hər bir obrazın fikrini, hissini, düşüncəsini və əhatəli olmasa da həyat yolunu oxumaq yorucu idi. Bu kitabı oxuduqca fikir qarışıqlığının yaranmaması, məncə, qeyri-mümkündür. Yenə də maraqlı idi, oxumağa dəyər.
İllər öncə oxuduğum bir kitab olmaqla birlikdə deyə biləcəyim tək şey var; oxumayın. Vaxt itkisindən başqa bir şey deyil və oxumağa dəyən bir nüans yoxdur kitabda.
Yabancı - ŞahmeranÖznur Yıldırım · Pegasus Yayınları · 20167,9bin okunma
Kitabı bəyəndim. Oxumağa dəyər. Mövzusu isə 21-ci əsr üçün kifayət qədər aktualdır, çünki hər zaman Arkadina kimi valideynlər, Treplev kimi dəyər verənlər, Nina kimi bu dəyəri anlamayanlar və Trigorin kimi hipokratlar olacaq.
MartıAnton Çehov · İndigo Kitap Yayınları · 201926,5bin okunma