Ağ Diş – Təbiətin Sərt Üzü və Sadiqlik
"Balaca Şahzadə"nin nağılvari dünyasından sonra, indi də vəhşi təbiətin tam mərkəzinə — Cek Londonun "Ağ diş" əsərinə səyahət edirəm.
Bu kitab sadəcə bir canavarın hekayəsi deyil, həm də sağ qalmaq mübarizəsi və sevginin ən vəhşi qəlbi belə necə yumşalda biləcəyinin sübutudur. Ağ dişin həm canavar, həm də it tərəfi arasındakı çəkişməsini oxumaq çox maraqlıdır.
Kitabdan seçdiyim özəl bir hissə:
"Həyatın məqsədi hər zaman hərəkətdə olmaqdır. Dayanmaq – məhv olmaq deməkdir."
Mənim düşüncəm: Bəzən heyvanların dünyası insanlardan daha dürüst və qaydalı görünür. Ağ dişin keçdiyi çətin yol mənə dözümlü olmağı öyrədir.
Sizcə, bir heyvanın sadiqliyi insanınkından daha güclü ola bilərmi? Fikirlərinizi şərhlərdə gözləyirəm!
#AğDiş #CekLondon #KitabTövsiyəsi #Mütaliə #1K #Kitablar #VəhşiTəbiət
Sizcə bir heyvan ınsani insandan daha yaxşı başa düşə bilər?