Leyla Dadaşzadə

316 syf.
·
Puan vermedi
·
7 günde okudu
Zaur altıncı mərtəbəyə qalxmaq üçün istifadə etdiyi nərdivanı tullamağı unutdu. Elə faciəsi də bunda idi Zaurun... Zaur, bəlkə də, o mühitin stereotiplərlə dolu olan girdabından yaxasını qurtara bilən tək-tük insanlarından idi, amma nə edək, ayağı sürüşdü, yıxıldı, gəldiyi yerə qayıtdı... Bu kitab “başqalarının fikirlərinə önəm vermə, öz
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20191,141 okunma
Reklam
512 syf.
·
Puan vermedi
·
11 günde okudu
Əsəri əvvəlcə ixtisarla oxumuş biri olaraq bu qədər möhtəşəm olacağını düşünmürdüm. Düşünürəm ki, əsər dövrün hər bir incəliyini tam şəkildə əks etdirib. İstər ailə-məişət məsələlərində, istərsə də cəmiyyətdəki sosial problemlərdə. Əslində o vaxt olduğu kimi insanlar arasında danosbazlığın olması, bir tərəfdən xalqın maarifi, digər tərəfdən xalqın aşağı çəkilməsi üçün çalışanların mövcudluğu, “Molla Sadıqlar”ın satqınlığı bir növ indiki dövrdə də mövcuddur, nə qədər üzücü də olsa. Ən əsas orası qəribədir ki, Cahandar ağanın tutduğu bütün pis işlərə baxmayaraq mən bu obraza qarşı nifrət hiss edə bilmədim. Əksinə, hər səhnədə, xüsusilə də son səhnələrdə ona qarşı mərhəmətim artırdı...Bu da, yəqin ki, yazıçının məharətindən - Cahandar ağanın pis əməlləri ilə onun başına gələn və oxucuda mərhəmət hissi doğuran hadisələrin tarazlıqda olmasından qaynaqlanır. Belə. Bir sözlə, möhtəşəm. Yaradılan obrazlar, ən əsas da Cahandar ağa unudulmayacaqlar mənim tərəfimdən...
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014768 okunma