Ari

Ari
@lilacsphere
Orada mən şirin söhbət edən adamların arasında arasında key kimi əyləşmişdim.
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Hər döngədə yeni, daha gözəl mənzərə ilə rastlaşdıq. Lakin biz susurduq, hisslərin o cür partlayışından sonra sözlər, elə bil, bayağılaşmışdı.
nə Mikelancelo, nə Dante güclü yağış altında qalıb,ondan xilas olmaq üçün cüzi cəhd etməyə belə taqəti qalmamış, yorulub taqətdən düşmüş bu canlı kimi mənə ümidsizliyin son həddini, yer üzərindəki əzabın son dəhşətini bu cür güclü, bu cür qəribə şəkildə hiss etdirə, duydura bilməzdi.
axı nə olsun ki, nə olsun ki sən bütün ömrün boyu bir dəfə, yalnız bircə dəfə ağılsızlıq etmisən. Lakin mücərrəd ifadə ilə vicdan adlandırdığımız o şeydən asanlıqla yaxa qurtarmaq çətin imiş.
Mən onunla çıxıb gedərdim. Mən heç soruşmazdım ki, hara, nə müddətə gedirik, hətta öz keçmiş həyatıma heç ötəri bir vida nəzəri də salmazdım.