Pul, Amerikanın və Amerika kimi böyük dövlətlərin başında duran milyonçuların əlində, sadəcə, bir alətdir. O alət sizi məni və bizim kimi adi adamları məcbur edir ki, yeməli olduğumuzdan artıq qida istehsal edək ki, yuxarıda əllərini belə qaldırmağa tənbəllik eləyən milyonçular daga xoşbəxt olsun. Bu lap insanların arıları bal istehsal etməyə məcbur edib sonra balı götürüb yerinə şəkər tökməyinə bənzəyir.