... biz yaxşı olsaq, yaşadığımız yer də yaxşı olacaq, pis olsaq, o da pis olacaq. Bax, bu zaman məhəbbətin gücü işə
qarışır, çünki sevirsənsə, yaxşı olmağa çalışırsan.
Buradan mən Dünya Ruhunu görürəm, – günəş cavab verdi. – O mənim ruhuma müraciət edir və biz birlikdə otları göyərdir, qoyunları kölgə axtarmaq üçün bir yerdən başqa yerə aparırıq. Sizin dünyadan çox uzaq olan buradan mən sevməyi öyrənmişəm. Bilirəm ki, azca Yerə yaxınlaşsam, ordakı bütün canlılar öləcək və Dünya Ruhu daha mövcud olmayacaq. Biz uzaqdan bir-birimizə baxır və uzaqdan bir-birimizi sevirik. Mən Yerə həyat və istilik, o isə mənə –
varlığımın mənasını verir.