Lisa

Arzular həyata keçməzdən əvvəl Dünya Ruhu bütün dərslərin öyrənilməsini yoxlamağı qərara alır və bunu ona görə edir ki, biz arzumuzla birlikdə yolumuza çıxan bütün əlamətləri əldə edə bilək. Bax, bu zaman əksər insanların igidliyi çatmır. Səhra dilində bu «Üfüqdə vahə görünərkən, susundan ölmək» adlanır. Axtarışlar həmişə yaxşı başlayır. Amma imtahanla bitir.
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
... xoşbəxt insan – Allahı özündə daşıyan insandır və Kimyagərin dediyi kimi, xoşbəxtliyi adi qum dənəsində də tapmaq olar. Çünki bu qum dənəsini yaratmaq üçün Kainat milyardlarca illər sərf etmişdir. «Yer üzündə yaşayan hər kəsi öz xəzinəsi gözləyir, – qəlbi deyirdi, – lakin biz ürəklər susmağa öyrəşmişik, çünki insanlar öz xəzinələrini tapmaq istəmir. Yalnız uşaqlara biz bu barədə danışırıq, sonra baxırıq ki, həyat necə hər kəsi öz taleyinin görüşünə aparır, lakin bədbəxtlikdən, yalnız çox az adam Öz Yolu ilə gedir. Yerdə qalanlara isə dünya qorxu aşılayır və buna görə də doğrudan da təhlükəli olur. Belə olduqda biz ürəklər lap astadan danışırıq: heç zaman susmuruq, amma çalışırıq ki, sözlərimiz eşidilməsin; öz ürəklərinin səsinə qulaq asmadıqları üçün insanların əzab çəkməsini istəmirik. – Bəs, ürək insana niyə öz arzusunu yerinə yetirməli olduğunu demir? –Santyaqo soruşdu. Belədə qəlb əzab içində olardı, o isə əzab çəkməyi sevmir. O gündən oğlan öz ürəyini anlamağa başladı. Və xahiş etdi ki, bundan sonra o öz arzusundan kənara bir addım atan kimi, qoy, ürəyi həyəcan siqnalı verərək ağrısın və sıxılsın. And içdi ki, bu siqnalı eşidən kimi, Öz Yoluna qayıdacaq.
Kalp
Əgər mən hərdən şikayət edirəmsə, eybi yoxdur, axı mən insan ürəyiyəm, bu mənim xüsusiyyətimdir. Biz hamımız ən əziz arzularımızın baş tutmasına qorxuruq, çünki bizə elə gəlir ki, onlara layiq deyilik, yaxud da onları heç zaman həyata keçirə bilmərik. Biz insan qəlbiyik, ona görə də həmişəlik ayrılan sevgililəri, xoşbəxt yaşaya biləcəyimiz, amma yaşamadığımız anları, tapa biləcəyimiz, lakin qumun altında qalan, tapmadığımız xəzinəni düşünəndə, qorxudan donub qalırıq. Çünki bunlar gerçəkləşəndə biz əzab çəkirik». – Mənim ürəyim əzab çəkməkdən qorxur, – o bir dəfə, aysız və qaranlıq səmaya baxa-baxa Kimyagərə dedi. – Sən ona de ki, əzab çəkmək qorxusu əzabın özündən də pisdir. Öz arzularının axtarışına çıxan heç bir ürək əzab çəkmir, çünki bu axtarışların hər bir anı – Allahla və Əbədiyyətlə görüşdür. «Hər bir an görüşdür.
Kalp
Mənim daha getməyimi istəmir. – Bu yaxşıdır, – Kimyagər yenə dedi. – Bu, onun ölmədiyini göstərir. Tamamilə təbiidir ki, ürək qazanılmış hər şeyi arzu ilə dəyişməkdən qorxur. – Onda nə üçün onu dinləməliyik? – Sən onsuz da onu susdura bilməyəcəksən. Hətta onu dinləmədiyini göstərsən belə, o, sənin sinəndə qalıb, həyat və dünya haqqında düşündüklərini təkrar edəcək. – Və mənə xəyanət edəcək? – Xəyanət – gözlənilməz zərbədir. Əgər öz ürəyini tanısan, o, sənə xəyanət edə bilməz. Çünki sən onun bütün arzularını, bütün xəyallarını bilirsən və bunların öhdəsindən gəlməyi bacararsan. Amma heç kim öz qəlbinin hökmündən qaça bilməmişdir. Buna görə də onu dinləmək yaxşıdır. Belə olduqda gözlənilməz zərbə də olmayacaq.
Kalp
Biz qəlbimizi nə üçün dinləməliyik? – düşərgə salmaq üçün dayandıqlarında, o soruşdu. – Qəlbimiz hardadırsa, xəzinə də oradadır. – Mənim qəlbim doludur, – Santyaqo dedi. – Arzu edir, həyəcanlanır, səhradakı qadına can atır. Daim nəsə istəyir, Fatiməni xatırlayanda bütün gecəni yatmağa qoymur. – Lap yaxşı. Deməli, o yaşayır. Qəlbini dinləməyə davam et.
Kalp