Bizim dünyamızda bir böyük həqiqət var: sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.
...
Dünyanın Ruhu insanın xoşbəxtliyi ilə qidalanır. Xoşbəxtliklə, həmçinin kədərlə, paxıllıqla, qısqanclıqla.. İnsanın yeganə borcu var: Öz Yolu ilə sonuna qədər getmək. Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən, bütün Kainat sənin arzunun həyata keçməsinə
kömək edəcək.
«İnsanlar bəzən nə mənasız şeylər danışırlar, – gənc düşündü. – Yalnız yeyib-içməyi bilən dilsiz qoyunlarla ünsiyyətdə olmaq daha yaxşıdır. Ya da kitab oxumaq – onlar maraqlı əhvalatları məhz sən istədiyin vaxtda danışır. Amma insanlar: onlar nəsə goplayır, sənsə oturub buna nə
deyəcəyini, söhbəti necə davam etdirəcəyini bilmirsən».
– Demək olar ki, bütün kitablar nə haqqında yazılmışsa, bu da onlardan bəhs edir, – qoca sözünə davam etdi. – İnsanların öz talelərini seçmək gücündə olmaması haqqındadır. Kitab, hamının dünyada ən böyük yalana inanmasına çalışır.
– Bəs, dünyada ən böyük yalan nədir? – Santyaqo təəccüblə soruşdu.
– Bu yalan belədir: varlığımızın hansısa anında biz öz həyatımıza nəzarəti itiririk və bundan sonra həyatımızı tale idarə edir. Bundan böyük yalan yoxdur.
Santyaqonun hər yerdə dostları vardı, buna görə də səyahət etməyi sevirdi. Yeni dost tapmaq onunla hər gün görüşmək zərurətini gətirməz. Ətrafında eyni insanlar varsa seminariyada olduğu kimi, onda belə çıxır ki, onlar artıq sənin həyatına daxil olmuşlar. Bir müddətdən sonra isə onlar sənin həyatını dəyişmək istəyəcəklər. Əgər sən onların istədikləri kimi olmasan, inciyərlər. Axı, hər kəs dünyada necə yaşamağı dəqiq bilir.
Amma heç kim öz şəxsi həyatını nədənsə nizama sala bilmir qaraçı qarı kimi: yuxuları yozmağı bacarır, amma onları həyata keçirməyi yox.
Yuxular – Allahın bizimlə danışdığı dildir. Bu, dünya dillərindən biri olsa, onu yoza bilərəm. Amma Allah sənin qəlbinin dili ilə sənə müraciət edirsə, bu yalnız sənə aydın olar.