y

Yuxu

1 üye
Takip
Hər şey fərqli ola bilərdi, kimi düşündüm. Belə bir hiss. Sonra yatdım. 3 yuxu gördüm. İlkində, bir nəfər şillə vuraraq məni yerə yıxdı. Şillənin ağrsını çox pis hiss etdim. Sonra sərt şəkildə bıçağı qəlbimə soxdu. Bu səfər ağrı hiss etmədim və şüurum qapanar-qapanmaz 2-ci yuxuya keçdim. Əlimdə gül, çox güman həyat yoldaşımı gözləyirdim. Bir nəfər yanıma gəldi. Cavan oğlan. Gülü çox bəyəndi, sevgilisinə hədiyyə alacaq pulu olmadığı üçün, gülümdən bir dənəsini istədi. Əlbəttə, olar deyib əlimi uzadırdım ki, ehtiyac yoxdu dedi və cibindən bıçaq çıxararaq dəstədən bir gülü bıçaqla kəsdi. Çox sağ olun, dedi. Tanımadığı birisinə ‘siz’ xitabı işlətməsinə sevinəcəkdim ki, əlindəki bıçağın əvvəlki yuxumdakı bıçaqla eyni olduğunu gördüm. Tam təəccüblənəcəkdim ki, birdən dönüb, “zatən sizin gülə ehtiyacınız olmayacaq,” dedi. Donub qaldım. Sonra həyat yoldaşım olan qız, uzaqdan göründü və gülü bıçaqla qoparan adamın yanına gedib qucaqlaşdı. Yanımda daha əvvəl fərq etmədiyim, yaşlı, qısa boy kişi: Ağlaya bilmədin, amma ruhun paramparça olmuşdu, dedi. Birdən ürəyimə şiddətli ağrı gəldi. Yerə yıxıldım və 3-cü yuxuya keçid etdim. Məsciddə idim. Camaat az idi. Cümə ola bilməzdi. Pəncərəyə baxdım. Hava qaranlıq idi. Sərin və zərif külək gəlirdi. Yanımdakı iki nəfər: İşa vaxtıdı, az adam olması məncə normaldı, digəri, normal filan deyil, sözdə müsəlmanıq buna bax gör İslam aləmi nə gü.. Birdən İmamın səsi yüksəldi: Qardaşlar, könlümüzü fani şeylərə bağlamayaq. Bir olana inanaq. Ölüb gedəcəyik qardaşlar. Allah bizləri bağışlasın! (Camaat bir ağızdan: AMİN!) Allah bizə.. İmam dayandı. Qardaşlar təəssüf ki aramızda, sürünün arasında qurdun olduğu kimi, bir qurd var. Birdən həyacanlandım. Başımı qaldırıb imama baxdım. Sonra hər kəsin mənə baxdığının fərqinə vardım. Bəzisi əsəblə, bəzisi
Yuxu
Bir kitabda oxumuşdum ki, yuxunu heç kimə danışmaq olmaz. Əlacın anası söhbətə qoşuldu: - Deyirlər, yuxunu danışanda qulaq asanlar gərək: "Yuxun xeyrə calansın!" -deyərlər.
Sayfa 65 - Alfacin nəşriyyatı·Kitabı okudu
Yuxu
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
-Gecə yata bilmirsənsə, tavana bax və orada çoxlu qoyun xəyal et, -Yarasa ayılıb cavab verdi. - Sonra da başla onları bir-bir saymağa. Bir də görəcəksən ki, artıq yuxudasan. -Eh, bunu bir dəfə sınamışam. Saydım, saydım, saydım... Axırda qoyunlar yatdı, mən qaldım.
Sayfa 19 - Ağıllı Bala nəşriyyatı·Kitabı okudu
Yuxu
Elə məsum, elə məlul baxırdı... Gözlərindən hiss olunurdu ki, bütün gecəni yatmayıb.
Sayfa 7 - Kibu nəşriyyat·Kitabı okudu
Yuxu
Özün bilirsən, bəzi yuxular tez çin olur, bəziləri isə aylardan sonra, az qala unudulmağa başlayanda...
Yuxu
Gecələr yatmamaq hər dəqiqǝbaşı özünün qeyri-normallığını anlamaq deməkdir, ona görə ki, mən səbirsizliklə səhərin açılmağını və günün gəlməyini gözləyirəm, çünki gündüzlər mənim yatmamağa ixtiyarım var.
Sayfa 9·Kitabı okudu
Yuxu