Əslində çox şey üçün darıxdım. Bəzən yolda gedərkən Günəşə baxıb necə möhtəşəm olduğunu düşünmək üçün darıxdım. ☀️Dərsdə olanda pəncərədən digər insanlara baxıb başqa yerlərə tələsdiyini görmək üçün darıxdım. 💫Tanımadığım insanlara baxıb onlar haqqında özümün fikirlərimi yaratmaq üçün darıxdım. 🌈Dərsdən çıxandan sonra ( əgər evə gedəcəmsə ) “evə görəsən, hansı yolla gedim? Heç kəs olmayan, 🥀yoxsa, insanlar çox olan yoldanmı? 🌷” demək üçün darıxdım. Ya da yolda gedərkən “görəsən, şokoladlı südmü alım, 🥛 yoxsa ən sevdiyim şokoladı mı alım? 🍫 Ya hər ikisini?” Ən çox da tək gəzdiyim və ya bəzən “tək” gəzməkdə məcbur olduğum yollar üçün darıxdım. ) 💙🦋Günəşli hava ☀️, buludlar ☁️ və ətrafdakı duya biləcəyin səssizlik. 🧡 vəəəəə ən sevdiyim fəsil bitmədən corona bitsə... Nə gözəl olar. Yayı doyunca gəzmək istəyirdim. İstəyirəm. ) ♾ Siz nə üçün darıxdız? 🧚🏻♀️
Ps: Bir az fərqi şeylər üçün darıxmışam, deyəsən.