halletçez..

halletçez..
@lucelence
   °   •  .°•   ✯      ★ *  ✯  °     °·   .   • °★ • ▁▂▃▄▅▆▇▇▆▅▄▃▂ " I'm in love with a fairytale, even though it hurts "
Yenə o bağ olaydı, yenə sizə gələydik, Danışaydıq, güləydik. Ürkək baxışlarınla ruhumu dindirəydin, Məni sevindirəydin. Gizli söhbət açaydıq ruhun ehtiyacından, Qardaşından, bacından Çəkinərək çox zaman söhbəti dəyişəydin, Mənimlə əyişəydin. Yenə də bir vuraydı qəlbimiz gizli-gizli, Sən ey əsmər bənizli!
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Məzarlıqdan qalxıb, Sabir, indi azad ellərə bax! Al günəşin qoynundakı bu işıqlı səhərə bax! Yaşıllıqlar qucağında nəfəs alan çöllərə bax! Bizə həyat, bizə şadlıq bəxş eyləyən rəhbərə bax!
Küçələrdə uşaq kimi vellən, yağış! Bunlar keçər, çarpın, səma, köksüm kimi, Ey ildırım, səs ver mənə, səsim kimi! Yağ, ey yağış, fikrim kimi, hissim kimi, Uzaq, yaxın çöllərə yağ, Ölkələrə, ellərə yağ! Yağış yağır, rəqs eyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar.
Bəzən durna kimi düzüləndə siz, Fikrim sətirlərə düzülməsinmi? Sallanıb qarşımda süzüləndə siz, Duyqum gözlərimdən süzülməsinmi? Oynayın, qarşımda oynasın yenə Əski tufanlarım, burağanlarım! Sevdalı ruhların dərinliyinə Tökülsün hisslərim, çağlayanlarım!
Ayrılıb arzumun kəşməkəşindən, Gizlənmə könlümdə sən də, ey ilham! Gah batan, gah çıxan qış günəşindən Dərs alıb, dayanma gendə, ey ilham! Niyə mən istəyən olmasın, niyə? Mənim beşilliyim dolmasın, niyə?