halletçez..

halletçez..
@lucelence
   °   •  .°•   ✯      ★ *  ✯  °     °·   .   • °★ • ▁▂▃▄▅▆▇▇▆▅▄▃▂ " I'm in love with a fairytale, even though it hurts "
Mən ki bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı? Dünyaya sığmayan şair könlümü Köksümdən çıxarıb oynatmadınmı? Mən ki nəğmə deyib bənövşələrdən Peşəm zövq almaqdı bir şux dilbərdən, Məndən uzaq gəzib, dolanıb hərdən, Qəlbimi sıxmağa can atmadınmı?! Min hicran könlümü alanda ələ, Zərrəcə halıma yanmadın belə. Müşfiqin qəlbini tez alıb ələ Onu röyalardan oyatmadınmı?!
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Ayrılıq oduna könül dayanmaz, Eşq oduna yanan bir daha yanmaz, Çəkdiyim nalədən neçin oyanmaz Şirin röyasına qurban olduğum?
Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm! Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm!
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim; Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham... Yazaydım səhər-axşam. Arzuya bax, sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?
Yenə o bağ olaydı sevdalar ölkəsində, O söyüd kölgəsində, İnci qumlar üstündə yenə verib baş-başa, Yayı vuraydıq başa. Günlərimiz keçəydi qızğın fərəhlər kimi, Dolu qədəhlər kimi; Yarpaqlar arasından uzadaraq əlini, Oxşayaraq telini, Gecələr darayaydı saçlarını, ay gözəl! Sən gözəlsən, ay gözəl? Əllərində əllərim, gözlərində gözlərim... Asılaydı sözlərim Könlünün qulağından bir qızıl tana kimi, Günəş doğana kimi.