Uç, Səhər, uçuşun yeyin olsun qoy!
Qalxdığın fəzalar əngin olsun qoy!
Çalış, uçurumdan çıxar özünü,
O tozdan, qurumdan çıxar özünü.
İşlə, qanadların gərgin olsun qoy!
Cəmiyyət daha da zəngin olsun qoy!
Həyat suya düşən, aynaya düşən
Bir şən işıq kimi rəngin olsun qoy!