Mammedzade İlkin

Gözlərindən öpərəm, dodaqlarından sənin, Şirin sözlər asaram qulaqlarından sənin, Saçını oğurlayıb daraqlarından sənin, Saxlayaram cibimdə, gizli-gizli qoxlaram, Yandıraram gecələr, gəlirsənmi yoxlaram Əllərindən tutaram, biləyindən öpərəm, Saçlarının gül qoxan küləyindən öpərəm, Məni müqəddəs bilən ürəyindən öpərəm, Öpərəm ki, biləsən mən müqəddəs deyiləm, Nə var məndən qaçmağa, mən ki qəfəs deyiləm... Qırmızı kəmturş şərab badələrə süzülər Zarafatlar uzanar, ürəyimiz üzülər... Barmaqlarım tələsər, düymələrin çözülər, İçimə bir od düşər, titrəyər ayaqlarım, Süd yolunda dincələr qurumuş dodaqlarım Ürəyimin parası, gözümün bir tikəsi, Məni yaman qorxudur dinməmək təhlükəsi. Mən özündənrazının, eqoistin yekəsi, Sən zəriflik tanrısı, qadının ötəsisən Bütün xoş şeylər kimi səndəmi bitəsisən ?
Reklam
Mən səni neynirəm ki, sən olsan da sevirəm, olmasan da sevirəm. Ey dodağı yasəmən, yanaqları qızılgül qorxma payız gələndə sən solsan da sevirəm, solmasan da sevirəm. Sən sev deyə sevmirəm ki. Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm. Sizin sevgiləriniz, bu gün olur, sabah yox. Mən sevənda bir ömür ayrılıqsız sevirəm. Mən səni neynirəm ki, sən olmayan günlərin hər günü bir şeirdi, hər günü bir qəzəldi. Səndən gözəl olmasın, sənsizlikdə gözəldir.
Kişinin təxmin etdiyi şey, Qadının əmin olduğu şeydən daha doğrudur..

Reader Follow Recommendations

See All
Dostların başını burax, istərəm gəlsin yad biri “nə olub?” soruşsun..
Necə odsan bilmirəm, Sən başa sal bir məni. Nə qədər yanındayam, Odun yandırmır məni. Elə ki, ayrılıram, Ayın, günün başına, Məni dolandırırsan. Necə odsan bilmirəm, Uzaqdan yandırırsan.
Reklam
Bu şəhər qarşılaşdırmaz bizi Bu şəhər qarşılaşdırmaz Bu küçələr qarşılaşdırmaz Xatirələrin olduğu yer qarşılaşdırmaz Biz bir daha qarşılaşmarıq. Biz çox pis bitdik, Biz deyə bir şey vardı? Bilmirəm.. Amma hərkəs səni duydu və bildi, Hər şəhər, Varlığımın olduğu hər küçə, səni bilir.
xpert
O gün olsun, ağlamalı gözlərinə güleyy..
Şərabı içərlər gözələ məlhəm olanda.
Düzülər Məcnunlar boyunca, Baxım gözlərinin gecələrinə doyunca..
Necə sevirəm?
O qaşlarını çatar, qırışı mənim dünyama düşər..
Reklam
Siqareti çox çəkərdim.. Günə 1 qutu siqaret bitərdi. Çəkmədiyim günlər isə sadəcə onunla görüşdüyüm günlər idi. Axı o siqaret qoxusunu sevməzdi..
Deməli, il necə gəldi keçdi bəlli deyil. İmtahanlarım, işdən çıxıb başqa bir işə qəbul prosesim, yordu məni. Bu müddət ərzində təbii ki, kitabsız qalmadım amma 1k dan uzaq qaldım. Hədəfə zar-zor, güc bəla çatdıq amma.
Qaraqan
Çadradan qurtulduq, amma düşüncələrimiz darlaşdı Dirçəldi dillərimiz, amma şəkilçilərimiz karlaşdı
Bu həyat da dəyişməyən bir gerçək var.. Bir gün hər kəs itirdiyi şeylərin dəyərini mütləq anlayacaq.. O bəziləri olur axı həyatımızda, üzərinə çox düşdüklərimiz. Yemək yedinmi? Üşüyərsən qalın geyin, qətiyyən saçını qurutmamış çölə çıxma deyə sıx-sıx tənbeh etdiklərimiz, uşaq kimi qoruduqlarımız.. Bütün bunlardan sıxılıb bizi üzü üstə buraxıb gedənlər var. Bir gün mütləq peşman olacaqlar. Bir gün onlarda anlayacaqlar amma gec qalacaqlar…
95 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.