Nə qədər ki sağsan, heç vaxt bütün qapılar üzümüzə tam bağlanmır. Həmişə açıq olan bir qapı var. Biz - bağlı qapıları açmaq üçün inadlaşmağa adət etmiş insanlar, yanlız son anda diqqətimizi o açıq qapıya yönəldirik.
Həyatı belə anlayıram ki, yolumuza çıxan insanlar səbəbsiz deyil. Bəziləri bizə dərs vermək üçün, bəziləri bizim dərs verməyimiz üçün, bəziləri bizə yardım etmək üçün, bəziləri isə bizim yardım etməyimiz üçün qarşımıza çıxırlar. Bəzən hamısı bir adamda cəm olur. Gərək nə olursa-olsun onu başqaları ilə səhv salmayaq.